Cihad Bizimana (; ) — Liviyanın "Əl-Əhli" klubu və Ruanda milli komandasında müdafiəyə meyilli yarımmüdafiəçi mövqeyində çıxış edən ruandalı peşəkar futbolçu.
Karyerası
Klub Bizimana 15 yaşından etibarən Ruandanın "Etinsel" klubunun yetirməsi olmuşdur və karyerasına "Rayon Sport" klubunda başlamışdır. Daha sonra Ruandanın "APR" klubunda oynayan Bizimana 26 aprel 2018-ci ildə Belçikanın "Vasland-Beveren" klubuna qoşulub. O, klubdakı debütünü 28 iyul 2018-ci ildə Belçika Pro Liqası matçında, "Zülte-Vareqem" ilə 2-2 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmada edib.
28 may 2021-ci ildə o, Belçika liqa sisteminin ikinci pilləsi olan Çellencer Pro Liqasında çıxış edən "Deynze" klubu ilə müqavilə imzalayıb.
26 iyul 2023-cü ildə Bizimana iki illik müqavilə ilə Ukrayna Premyer Liqası təmsilçisi "Qornyak Krivoy Roq" klubuna qoşulub. O, klubdakı debütünü Premyer Liqa çərçivəsində "Oleksandriya" ilə oynanılan matçın 46-cı dəqiqəsində əvəzetmə nəticəsində oyuna daxil olaraq edib.
6 fevral 2025-ci ildə Bizimana açıqlanmamış ödəniş qarşılığında Liviyanın "Əl Əhli" klubu ilə iki illik müqavilə imzalayıb.
Beynəlxalq Bizimana 2015-ci ildən bəri Ruanda milli komandasında çıxış edir. O, millinin heyətində 29 may 2015-ci ildə "Zambiya" ilə 2:0 hesabı yekunlaşmış dostluq matçında debüt edib.
İstinadlar
Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası B futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri