Beatris Vebb (; ) — britaniyalı ictimai xadim, sosioloq, feminist, iqtisadçı, sosial islahatçı və sosialist. İşsizlik və qadınların vəziyyəti ilə bağlı bir sıra hökumət komissiyalarının üzvü olmuşdur. O, həmçinin "kollektiv əmək mübahisəsi" () terminini işəgötürən və həmkarlar ittifaqları arasındakı danışıqları təsvir etmək üçün elmə daxil etmişdir. Beatris Vebb Sidney Ceyms Vebbin həyat yoldaşı və onun kitablarının həmmüəllifi idi. Onlar birlikdə Fabiançı Cəmiyyətinin əsas simalarından olmuşlar (Beatris 1939–1941-ci illərdə cəmiyyətə rəhbərlik etmişdir) və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) təsis edilməsində iştirak etmişlər.
Beatris Vebb bir sıra populyar kitabların müəllifi olmuşdur. Onun ən məşhur əsərləri arasında "Böyük Britaniyada Kooperativ Hərəkatı" və "Sənaye Demokratiyası" yer alır. Feminist və sosial islahatçı kimi, Vebb qadınların müxtəlif peşələrdən kənarlaşdırılmasını tənqid etmiş və qadın işçilərin həmkarlar ittifaqlarına qoşulması üçün kampaniya aparmışdır. O, iş saatlarının azaldılması və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı qanunvericiliyin qəbul edilməsinə çalışmışdır.
Həyatı Beatris Vebb (qızlıq soyadı Potter) İngiltərənin Qlosterşir qraflığının Standiş kəndində, Standiş Hausda anadan olmuşdur. O, biznesmen Riçard Potter və Lorensina Heyvortun ən kiçik qızı idi.Woman's Hour discussion on 1909 Minority Report , BBC Radio 4, 2008.Wallis, Ed (editor). From the Workhouse to Welfare Fabian Society and Webb Memorial Trust, 2009. Anası liverpullu tacirin qızı idi və 1840-cı illərdə məşhur Viktoriya dövrü yazıçısı Marqaret Olifant ilə dostluq etmişdir. Atasının babası Riçard Potter, Liberal Partiyasının üzvü və 1832-ci il İslahat Aktının qəbulunda mühüm rol oynamış Kiçik Dairənin () həmtəsisçisi idi.Al Richardson, "Introduction" to C. L. R. James, World Revolution 1917–1936: The Rise and Fall of the Communist International. Humanities Press, 1937 .
Beatris bacılarının faciəli taleyi ilə üzləşmişdir: Blanş 1905-ci ildə intihar etmiş, böyük bacısı Lalli isə 1906-cı ildə həddindən artıq dozada dərman qəbul edərək vəfat etmişdir. O dövrdə hər iki hadisənin onların evlilik problemləri ilə əlaqəli olduğu düşünülürdü.
1892-ci ildə Sidney Vebb ilə evləndi və onların evliliyi ortaq məqsədlərə əsaslanan bir "tərəfdaşlıq" oldu. 1901-ci ilin əvvəlində Vebb yazırdı: Biz hələ də bal ayındayıq və hər il münasibətimiz daha da dərinləşir və mükəmməlləşir.
Sidney və Beatris məşhur filosof Bertran Rassell ilə dostluq edirdilər. 1929-cu ildə Sidney Vebb Passfild baronu adını alaraq və İcmalar Palatasının üzvü olmuşdur. 1929–1931-ci illərdə o, Ramsey MakDonaldın Leyborist hökumətində müstəmləkələr və dominionlar üzrə dövlət katibi vəzifələrini icra etmişdir. Beatris bu dövrdə Ledi Passfild titulunu qəbul etməmiş və başqalarının da onu belə çağırmasını istəməmişdir. thumb|Beatris və Sidney, 1930-cu illərin əvvəlində onun ailəsində fikir ayrılığı yaranmışdır. Onun bacısı Rozalindanın qızı Ketrin Dobbs jurnalist Malkolm Maqqeric ilə evlənmişdir. Gənc cütlük Sovet sisteminə böyük ümid bəsləyərək Moskvaya köçmüşdür. Lakin Maqqeric Sovet İttifaqında gördüklərindən sonra bu sistemə qarşı tənqidi mövqe sərgiləmişdir. 29 mart 1933-cü ildə Beatris gündəliyində yazırdı: Malkolmun SSRİ-yə və onun bütün fəaliyyətinə qarşı qəribə dərəcədə isterik ittihamları…Caine, Barbara. "Beatrice Webb and the 'Woman Question.'" History Workshop, no. 14, 1982, pp. 36. . Retrieved 28 February 2024.
Ertəsi gün isə o qeyd edirdi ki, "The Manchester Guardian" qəzeti Sovet İttifaqındakı aclıq haqqında yeni bir hesabat dərc edibMuggeridge and Adam, Beatrice Webb: A Life, 1967, p. 225. və bu, tamamilə Malkolmun dediklərini təsdiqləyirdi. Lakin Maqqeric yazırdı ki, Beatris yenə də Ketrin və onunla görüşmək istəyirdi. Sonuncu görüşlərində Beatris ona Leninin portretini göstərmiş və onu xüsusi işıqlandırma ilə elə yerləşdirmişdi ki, sanki bu bir Velaskes əsəri idi.American Federation of Labor. "Collective Bargaining." America's Unions | AFL-CIO, aflcio.org/what-unions-do/empower-workers/collective-bargaining. Accessed 28 February 2024.
Vəfatı və irsi Beatris Vebb 1943-cü ildə vəfat etmiş və Vasinq Krematoriumunda yandırılmışdır. Onun külləri vəsiyyətinə uyğun olaraq Passfild Kornersdəki evinin bağçasında basdırılmışdır. Sidney Vebb 1947-ci ildə vəfat etdikdə, onun külləri də Beatrisin yanında dəfn olunmuşdur.
Daha sonra Corc Bernard Şou təşəbbüs qaldıraraq, cütlüyün Vestminster abbatlığında dəfn edilməsinə nail olmuşdur.
Beatris Vebb müharibədən sonrakı Leyborist hökumətin yaratdığı rifah dövlətinin qurulduğunu görə bilməmişdir. Lakin onun 1909-cu ildəki "Azlıq Hesabatı"nda () irəli sürdüyü fikirlər bu sistemin əsasını təşkil etmiş və 1980-ci illərə qədər davam etmişdir.
Onun bacısı qızı Ketrin Beatris haqqında belə yazırdı: O, rifah dövlətinin əsasını qoymuşdu, lakin özü axıra qədər möhkəm Viktoriya dövrü dəyərlərinə sadiq qalmışdı. Beatris inanırdı ki, cəmiyyətin yardımı ilə bəhrələnən vətəndaşlar öz üzərində işləməli və ya heç olmasa, onları inkişaf etdirmək istəyənlərə tabe olmalıdırlar.
İstinadlar
Ədəbiyyat Cole, Margaret, et al. The Webbs and their work (1949) Davanzati, Guglielmo Forges, and Andrea Pacella. "Sidney and Beatrice Webb: Towards an Ethical Foundation of the Operation of the Labour Market." History of Economic Ideas (2004): 25–49 Farnham, David. "Beatrice and Sidney Webb and the Intellectual Origins of British Industrial Relations". Employee Relations (2008). 30: 534–552. Gahan, Peter. Bernard Shaw and Beatrice Webb on Poverty and Equality in the Modern World, 1905–1914 (2017) Hamilton, Mary Agnes. Sidney and Beatrice Webb: a study in contemporary biography (1933). online Harrison, Royden. The Life and Times of Sydney and Beatrice Webb, 1858–1905 (2001) online Kaufman, Bruce E. "Sidney and Beatrice Webb's Institutional Theory of Labor Markets and Wage Determination". Industrial Relations: A Journal of Economy and Society 52.3 (2013): 765–791. online Kidd, Alan J. "Historians or polemicists? How the Webbs wrote their history of the English poor laws", Economic History Review (1987) .40#3 pp.400–417. MacKenzie, Norman Ian, and Jeanne MacKenzie. The First Fabians (Quartet Books, 1979) Radice, Lisanne. Beatrice and Sidney Webb: Fabian Socialists (Springer, 1984) online Wrigley, Chris. "The Webbs Working on Trade Union History", History Today (May 1987), Vol. 37 Issue 5, pp. 51–56; focuses mostly on Beatrice.
Xarici keçidlər
Great Thinkers: Jose Harris FBA on Beatrice Webb FBA podcast, The British Academy Richard Potter Chairman of the Great Western Railway Spartacus Educational The History of Standish House The Webb Diaries full digital versions The Webbs on the Web bibliography
Kateqoriya:Feminizm ilə əlaqəli insanlar Kateqoriya:XX əsr İngiltərə yazıçıları Kateqoriya:Britaniya iqtisadçıları Kateqoriya:Birləşmiş Krallığın qadın siyasətçiləri Kateqoriya:XIX əsr İngiltərə yazıçıları