Ceyhun Sultanov (12 iyun 1979, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbol mütəxəssisi, keçmiş futbolçu, Bakı FK-nın seleksiyaçı məşqçisi. Fərid Bakı, Neftçi Bakı, Dinamo Bakı, Maşinsazi Təbriz, Xəzər-Lənkəran, Kəpəz Gəncə, Sumqayıt, Qəbələ klublarının heyətində çıxış edib.
Həyatı Ceyhun Sultanov Bakı şəhərində anadan olub. 10 yaşından etibarən futbolla məşğul olur. Top oyununun sirlərinə Vaqif Paşayevin rəhbərliyi altında yiyələnib. Ceyhun Sultanov orta təhsilini 9-cu sinifə qədər 20 nömrəli, daha sonra isə 277 nömrəli məktəbdə alıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Ailəlidir, 3 qız övladı var.
Karyerası Artıq 16 yaşında yüksək liqada debüt edib. Sultanov bu şansı Ruslan Abdullayevin çalışdırdığı Fərid Bakı klubunda qazanıb. Daha sonra Neftçiyə baş məşqçi təyin olunan Ruslan Abdullayev Ceyhunu da özü ilə aparıb. 1 mövsüm Neftçidə çıxış edən Sultanov 1998-ci ildə paytaxtın Dinamo klubuna keçib. Ceyhun Viləşin heyətində də çıxış edib. Amma onun Masallı klubunda karyerası qısa olub.
Pleymeyker UEFA İntertoto Kubokunda Qrindavikə qarşı oynayıb. Ölkədə futbolun olmadığı günlərdə Ceyhun Sultanov futzala üz tutub və bir müddət Tribut klubunda çıxış edib. Çempionat yenidən start götürəndə Sultanov Dinamoya qayıdıb. Ceyhun 2002/2003 mövsümündə legioner həyatı yaşayıb. Futbolçu İranın Maşinsazi Təbriz klubunun şərəfini qoruyub. Vətənə qayıdan yarımmüdafiəçi daha bir neçə mövsüm Bakıda çıxış edib. 2007-ci ildə Xəzər-Lənkərana tarnsfer olunub. 2010-cu ildə isə Gəncəyə keçib. 2013-cü ildə Bakı klubunun seleksiyaçı məşqçisi vəzifəsinə təyin olunub.
+ Klub statistikası Mövsüm Klub Liqa Liqa Kubok Başqa Cəmi Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Azərbaycan Liqa Azərbaycan Kuboku Avropa Total 1996–97 Fərid Bakı Azərbaycan Premyer Liqası70 -70 1997–98 Neftçi210 -210 1998–99 Dinamo293 20313 1999–2000214 -214 2000–01141 -141 2002–03 çempionat keçirilməyib---00 İran Liqa İran Kuboku Asiya Cəmi 2003/2004 Maşinsazi Təbriz İran çempionatı - Azərbaycan Liqa Azərbaycan Kuboku Avropa Cəmi 2004–05 Bakı Azərbaycan Premyer Liqası9200-92 2005–06245 11256 2006–07101 20121 Xəzər-Lənkəran113 -113 2007–08170 10180 2008–09140 10150 2009–10120 -120 2010–11 Kəpəz27232-304 2011–1223510-245 2012–13 Sumqayıt16100-161 Qəbələ3020-50 Cəmi Azərbaycan 25827 5126328 İran Cəmi 25827 5126328
Milli komanda karyerası
Azərbaycan milli komandasıİlOyunQol199811200410200770200870Cəmi161
Beynəlxalq qollar # Tarix Yer Rəqib Hesab Nəticə Yarış 1. 28 noyabr 1998 Gəncə, Azərbaycan Estoniya 1-1 2–1 Yoldaşlıq görüşü
Uğurları Bakı FK Azərbaycan Premyer Liqası Qalib (1): 2005–06 Azərbaycan Kuboku Qalib (1): 2004–05 Azərbaycanda ilin futbolçusu (1): — 2006
Xəzər-Lənkəran Azərbaycan Kuboku Qalib (1): 2007–08 Birlik Kuboku Qalib (1): 2008
Şəxsi Azərbaycan Premyer Liqası ayın oyunçusu: avqust 2011
İstinadlar
Xarici keçidlər Ceyhun Sultanov
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakılı futbolçular Kateqoriya:İranda legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular