Halcyon malimbica — Balıqcıllar yarımfəsiləsinə aid quş növü. Afrikanın Ekvatorial ərazisi üzrə geniş yayılmış Halcyon malimbica əsasən yerli quşdur, lakin quraq mövsümdə quru savanna ərazilərindən daha rütubətli yaşayış mühitlərinə doğru geri çəkilməsi ilə diqqət çəkir. Ümumi məlumat Halcyon malimbica 25 sm uzunluğunda böyük balıqcıllar növüdür. Yetkin fərdlərin parlaq göy başı, arxası, qanad hissəsi və quyruğu var. Alt hissələri ağdır, lakin göy rəngli döş zolağına malikdir. Çiyin hissələri qaradır. Halcyon malimbicanın uçuşu sürətli və düz xətlidir. Böyük dimdiyinin üst çənəsi qırmızı, alt çənəsi isə qaradır. Ayaqları parlaq qırmızı rəngdədir. Cinslər oxşardır, lakin cavan fərdlər yetkinlərdən daha solğun rənglidir.

Halcyon malimbica müxtəlif yaxşı meşəli yaşayış mühitlərində rast gəlinən bir növdür.

O, qidalanarkən dərin kölgəli yerlərdə sakitcə oturur. Əraziyə bağlıdır, lakin ehtiyatlıdır. Bu növ əsasən böyük həşəratlar, buğumayaqlılar, balıqlar və qurbağalarla qidalanır, həmçinin "Yağ Palması"nın meyvəsini də yeyir.

Onun cəlbedici bir nümayişi var: qanadlarını açaraq, ağ rəngli daxili hissələrini göstərir. Yuva, ağac termiti yuvasında açılmış bir deşikdir. Adətən, bir yuvada iki yumru, ağ yumurta olur.

Halcyon malimbicanın dörd yarımnövü məlumdur: "H. m. malimbica": Kamerundan Uqandaya və Zambiyaya qədər olan çay boyu meşələrdə yayılıb. "H. m. forbesi": Syerra-Leonedən Şərqi Nigeriyaya və Qərbi Kamerunun ən qərb nöqtəsinə qədər, yəni, Bioko adasına yayılıb. "H. m. torquata": Cənubi Seneqal və Qvineya-Bisaudan, Qərbi Malinin ən qərb nöqtəsinə qədər yayılıb. "H. m. dryas": San-Tome və Prinsipi ərzsilərində yayılıb.

Status "Beynəlxalq Təbiəti Mühafizə İttifaqı" (IUCN) Halcyon malimbica "Ən Az Narahatlıq Doğuran" kimi qiymətləndirib. Populyasiya ölçüsü məlum deyil və azalma tendensiyası göstərsə də, daha kritik bir qiymətləndirmə üçün meyarlara cavab vermir. Bəzi milli parklar və qoruqlarda rast gəlinir. Qalereya

İstinadlar

Ədəbiyyat Colin Harrison & Alan Greensmith: Vögel. DK Naturbibliothek, ISBN 3-8310-0785-3

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika quşları Kateqoriya:Halcyon Kateqoriya:1811-ci ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər