Vətənpərvər İttifaq (, VU) — Lixtenşteyndə sağ mərkəzçi xristian-demokratik liberal-mühafizəkar siyasi partiya.

Tarixi Partiya 1918-ci ildə təsis edilmiş, fəhlələrin hüquqlarını müdafiə edən Xristian-Sosial Xalq Partiyasının və "Lixtenşteyn Vətən Xidməti"nin varisidir. 1936-cı ildə millətçi qüvvələrlə birləşmiş, "Vətənpərvər İttifaq" adını almış və daha sağ mövqeyə keçmişdir. Uzun illər müxalifətdə qalan partiya 1970–1974-cü, 1978–1993-cü və 1993–2001-ci illərdə Landtaqda mütləq çoxluğa malik olaraq təkpartiyalı hökumətlər formalaşdırmışdır. 2005-ci ildə 25 mandatdan 10 nümayəndə əldə etmiş, tarixinin ən pis nəticəsini göstərmiş və Proqressiv Vətəndaş Partiyası ilə koalisiya hökuməti qurmuşdur.

2009-cu il parlament seçkilərinin nəticələrinə görə, partiya Landtaqda 13 nümayəndəyə malik olmuş və Klaus Çüçerin rəhbərliyi ilə Proqressiv Vətəndaş Partiyası ilə koalisiya hökuməti formalaşdırmışdır.

2013-cü il parlament seçkilərinin nəticələrinə görə, partiya 8 nümayəndə ilə 5 mandat itirmişdir. Bu, seçkilərdən az əvvəl partiyadan ayrılan bir qrup deputatın "Lixtenşteyn üçün Müstəqillər" adlı yeni təşkilat yaradaraq müstəqil olaraq seçkilərdə iştirak etməsi ilə əlaqədar idi. Bu hadisələr nəticəsində baş nazir Klaus Çüçer 2013-cü ilin martında vəzifəsini itirdi.

2021-ci il parlament seçkilərinin nəticələrinə görə, partiya 10 nümayəndəyə malik olmuşdur. Daniel Riş baş nazir kimi Proqressiv Vətəndaş Partiyası ilə koalisiya hökumətini başında etmişdir.

2025-ci il parlament seçkilərinin nəticələrinə görə, partiya yenidən 10 nümayəndəyə malikdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Lixtenşteyndəki siyasi partiyalar Kateqoriya:Sağ mərkəzçi partiyalar Kateqoriya:Mühafizəkar partiyalar Kateqoriya:Katolik siyasi partiyaları Kateqoriya:Liberal mühafizəkar partiyalar