və ya əsl adı ilə — Heyan dövrünün başlanğıcında Yaponiya görkəmli dini, mədəni və ictimai xadimi. O, Şinqon buddizm məktəbinin banisi, həmçinin fəxri titulunun daşıyıcısı idi.
Kukay Tenday buddizm məktəbinin banisi olan Sayço ilə birlikdə Nara dövrü buddizmindən Heyan dövrü buddizminə keçid prosesinə rəhbərlik etmişdir. O, Tan sülaləsi dövrünün buddist tantra təlimi olan mikkyonu Çindən Yaponiyaya gətirmiş, ezoterik buddizmin əsasını qoymuşdur.
Kukai həm də məşhur xəttatlıq ustası kimi tanınır. O, imperator Saqa və Tatibana no Hayanari ilə birlikdə öz dövrünün üç ən böyük xəttatından biri hesab olunur.
İstinadlar
Kateqoriya:Yaponiya buddistləri Kateqoriya:Şinqon buddizmi Kateqoriya:Yaponiya leksikoqrafları Kateqoriya:IX əsr şairləri Kateqoriya:Yaponiya şairləri Kateqoriya:Yaponiya filosofları Kateqoriya:Yaponiya xəttatları Kateqoriya:Yaponiyanın din xadimləri Kateqoriya:Vacrayana Kateqoriya:IX əsr filosofları