Yekaterina Oleqovna Kuznetsova (; ) — UkraynaЕкатерина Кузнецова (Ekaterina Kuznetsova): Фильмография, фото, биография. Актёр, Художник . teatr və kino aktrisası.
Həyatı Yekaterina Kuznetsova 12 iyul 1987-ci ildə Kiyev şəhərində anadan olmuşdur. Atası tanınmış futbolçu, SSRİ-nin əməkdar idman ustası Oleq Kuznetsov, anası isə ukraynalı yüngül atlet Alla Borisenkodur. O, peşəkar vokal təhsili almış və təxminən 10 il ərzində Kiyevin "Oqonyok" xorunda ifa etmişdir. Əvvəlcə opera müğənnisi olmağı arzulasa da, sonradan teatr sahəsinə yönəlməyə qərar vermişdir. Bu qərara Bernard Şounun Boqdan Benyuk, Anatoli Xostikoyev və Natalya Sumskayanın iştirak etdiyi "Piqmalion" tamaşası ciddi təsir göstərmişdir. 2009-cu ildə İ. K. Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetini bitirmişdir. O, həmçinin Kiyev Akademik Gənc Teatrı ilə əməkdaşlıq etmişdir.Екатерина Кузнецова: «Хулиганка» в формате 3d
Magistratura təhsili aldığı müddətdə "Birinci Milli" kanalda səhər verilişlərinin aparıcısı olmuşdur. Daha sonra, 2004-cü ildə "Leprikonsı" qrupunun "Qorodok" klipində çəkilmişdir. 2008-ci ilin payızında Ukraynanın "1+1" telekanalında yayımlanan "Sənin üçün rəqs edirəm!" layihəsində iştirak etmiş və Murat Nudel ilə tərəf müqabili olaraq müsabiqənin qalibi olmuşdur. Aktrisa ekranda ilk dəfə 2006-cı ildə Ukrayna və Rusiya istehsalı olan "Orlidən gələn iblis. Orlidən gələn mələk" teleserialında kiçik bir rolla debüt etmişdir.
Kinoda ilk təcrübəsini "Muxtarın qayıdışı 2" serialında idmançı rolunu canlandıraraq qazanmışdır. Bunun ardınca "Yalnız sevgi" (Tolko lyubov) serialına çəkilmişdir. Bunlardan əvvəl isə o, "Yenidən başla. Marta" (2008-ci il), "Afyoraya meylli olmayan qadın" (2008-ci il), "Böyük fərq" (2008-ci il), "Ürəyə əmr etmək olmaz" (2007-ci il) və "Ən yaxşı film 3D" kimi layihələrdə yer almışdır. 2012–2014-cü illərdə "Mətbəx" serialında çəkilmişdir. 29 sentyabr 2019-cu ildə Olqa Buzova, Aleksandr Belkoviç, Aleksandr Roqov və Yevgeni Papunaişvili ilə birlikdə "Fort Boyard" teleoyununda iştirak etmişdir. 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edərək və pisləyərək Rusiyanı tərk etmişdir.
Şəxsi həyatı Yekaterina Kuznetsova 2006-cı ildən etibarən aktyor Yevgeni Pronin ilə münasibətdə olmuşdur. Cütlük 2014-cü ilin yayında rəsmi nikaha daxil olmuşdur. 2015-ci ilin martında ayrılan tərəflərin boşanma prosesi bir il sonra rəsmiləşmişdir. 2025-ci ilin yayında Kuznetsova vətəndaş nikahında olduğu həyat yoldaşı, iş adamı Maksim Aplindən ayrıldığını bildirmişdir.
Filmoqrafiyası * 2005 — Muxtarın qayıdışı 2 (Vozvraşşeniye Muxtara 2) — Elza * 2006 — Psixopat qadın (Psixopatka) — Yelena * 2006 — Orlidən gələn iblis. Orlidən gələn mələk (Dyavol iz Orli. Anqel iz Orli) — Mirey Ormond * 2007 — Ürəyə əmr etmək olmaz (Serdtsu ne prikajeş) — Maya Savelyeva * 2008 — Böyük fərq (Bolşaya raznitsa) — Polina * 2008 — Yenidən başla. Marta (Naçat snala. Marta) — Svetlana Litvinova * 2008 — Afyoraya meylli olmayan qadın (Jenşina, ne sklonnaya k avantyuram) — Anjela * 2010 — Yalnız sevgi (Tolko lyubov) — Alina * 2010 — Tam başqa həyat (Sovsem druqaya jizn) — Qalina * 2011 — Ən yaxşı film 3-DE (Samıy luçşiy film 3-DE) — Varya * 2011 — Ümidin ağ qızılgülləri (Belıye rozı nadejdı) — Anya * 2012–2014 — Mətbəx (Kuxnya) — Aleksandra Bubnova * 2012 — Mənə bazar gününü bəxş et (Podari mne voskresenye) — Liza Kolomiyseva * 2013 — Ticarət mərkəzi (Torqovıy tsentr) — Anna Fadeyeva * 2013 — Quldurların kraliçası (Koroleva banditov) — Polina Polivanova * 2013 — "Zalyotçiki" — Britni * 2013 — Dovşanlardan daha sürətli (Bıstree, çem kroliki) — Lena * 2014 — Mənbədəki təmiz su (Çista voda u istoka) — Lida Seleznyova * 2014 — Quldurların kraliçası 2 (Koroleva banditov 2) — Polina Polivanova * 2014 — Toskanada bir il (Qod v Toskane) — Rita * 2015 — Xüsusi pioner 2 (Çastnoye pionerskoye 2) — Alla Sergeyevna * 2015 — Cinslərin müharibəsi (Voyna polov) — Yuliya * 2015 — Moldovankalı Anka (Anka s Moldovanki) — Anya Ksenaki * 2015 — Qastrolçular (Qastrolyorı) — Eva * 2015 — Tərəf müqabilləri (Naparnitsı) — Yuliya Sokolova * 2016 — Xoşbəxtlik dalınca səyahət (Poyezdka za sçastyem) — Katya İqnatyeva * 2016 — Dövr etmə ( Kruqovorot) — Varvara Qrişina * 2016 — Ekspress-ezamiyyət (Ekspress-komandirovka) — Yekaterina İqnatyeva * 2017 — Kuba (Kuba) — Erika Odintsova * 2017 — Çarəsiz ev sahibi (Otçayannıy domoxozyayin) — Marina * 2017 — Səmadakı göy qurşağı (Raduqa v nebe) — Mariya * 2018 — Jurnalistlər (Jurnalyuqi) — Karina * 2018 — Özgə qanı (Çujaya krov) — Zinoçka * 2018 — Hərəyə özününkü (Kajdomu svoyo) — Veronika * 2018 — Sən kimsən? (Kto tı?) — İnqa Ştefan * 2019 — Vokal-kriminal ansamblı (Vokalno-kriminalnıy ansambl) — Rita * 2019 — Loğman (Znaxar) — Marina Semyonova * 2019 — Divanə toy 2 (Sumaşedşaya svadba 2) — Nataliya Serdyuk * 2019 — Kuba 2 (Kuba 2) — Erika Odintsova * 2020 — Ulduzun kölgəsi (Ten zvezdı) — Renata * 2020 — Treyder (Treyder) — Tatyana * 2020–2021 — Valideyn komitəsi (Rodkom) — Daşa Afanasyeva * 2021 — Qarmaq (Kryuk) — Lada Sokolova * 2021 — Orta qurşaq vampirləri (Vampirı sredney polosı) — Anna Ostroumova * 2021 — Dişi dəvədəlləyi (Samka boqomola) — Liza * 2024 — Mənim kinom (Moye Kino) — Saşa * 2024 — 31 dekabr qatarı (Poyezd v 31 dekabrya) — Tamara Petrinenko * 2025 — Sevgi və alov (Lyubov i plamya) — Katerina Koval * 2025 — Moldovankalı Anka. Beş il sonra (Anka s Moldovanki. Pyat let spustya) — Anya Ksenaki
Videoqrafiya * 2004 — "Leprikonsı" qrupu — "Qorodok" * 2011 — Dmitri Malikov — "Dva pistoleta" * 2017 — OLEYNIK — "Zajigat molodım"
İstinadlar
Xarici keçidlər Катерина Кузнецова: Досье Фільмографія Катерина Кузнецова Екатерина Кузнецова: Досье на сайте «Вокруг ТВ» Екатерина Кузнецова: Профиль на сайте Odnoklassniki Екатерина Кузнецова снова откладывает свадьбу! // teleserialer.ru Молодая и перспективная Катя Кузнецова Екатерина Кузнецова из «Кухни»: «Две свадьбы мне сейчас не осилить!» // Комсомольская правда. Катя Кузнецова: Возвращение в два дэ // Maxim.
Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:Ukrayna aktrisaları Kateqoriya:Ukraynanın televiziya aparıcıları Kateqoriya:XXI əsr aktrisaları