Qazaxlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əmirvar kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Oykonim "Qazaxdan gəlmələr, qazaxlılar" mənasındadır.

Tarixi Kəndi XVIII əsrdə Qazax mahalının Musaköy (Xanlıqlar) kəndindən çıxmış ailələr bina etdiyinə görə belə adlanmışdır.

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993111471642009↗327↗151↗176

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti Kənddə Qazaxlı kənd kitabxana filialı, Qazaxlı kənd klubu fəaliyyət göstərir.

Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Əmirvar kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri