Əbu Sufrə Zalım ibn Sərraq ibn Subh əl-Əzdi (; ) — səhabə, Mühəlləbin atası və qəbilə başçısı.
Həyatı Omanla Bəhreyn arasında yaşayan Əzd qəbiləsinə mənsubdur. Adının Qəti, atasının adının isə Səriq olduğu da deyilmişdir. Bəzi şiə mənbələrində onun əslən fars (iranlı) olduğu qeyd olunmuşdur.
Qəbiləsinin İslamı qəbul etdiyi vaxt o da sarı paltarlar geyərək Mədinəyə gəlmişdir. İslam peyğəmbəri Məhəmməd, onunla xüsusi maraqlanmış və ona bu sarı paltarlarından ötrü "Əbu Sufrə" künyəsini vermişdir. Bir rəvayətə görə isə 18 oğlunun və 1 Sufrə adlı qızının olması səbəbi ilə İslam peyğəmbəri ona bu künyəni vermiş, Hüzeyfə ibn Yəmanı, başqa bir rəvayətə görə Hüzeyfə ibn Mihsəni onunla birlikdə zəkat amili olaraq göndərmişdir. İbn Əbdülbər, onun Məhəmmədin dövründə İslamı qəbul etdiyi, lakin qəbiləsi ilə birlikdə Mədinəyə getmədiyini, əvəzində 10 övladı ilə birlikdə Ömərin yanına (bəzi rəvayətlərə görə Əbu Bəkrin) gəldiyini söyləmişdir.
Onun Əbu Bəkri təmsil etməsi üçün Hüzeyfə ibn Yəman tərəfindən Mədinəyə göndərildiyi deyilmişdir.
Bəsrədə vəfat edən Əbu Sufrənin cənazə namazını Əli qıldırmışdır.
İstinadlar
Kateqoriya:Səhabələr