Məhəmməd bəy Hacıtlaşe və ya Qazı bəy Əhmətukov (; ) — çərkəz mənşəli jurnalist, yazıçı, MI6 (SIS) agenti və antibolşevik Ağ hərəkatın terrorçusu. Hacıtlaşe bir çox saxta pasportlardan istifadə edib, lakin onun əsl adının Qazı bəy Əhmətukov olduğu güman edilir.
Hacıtlaşe daha çox Stokholm ətrafında törətdiyi üç qətl hadisəsi ilə yadda qalıb. Qurbanlar bolşevik agenti olmaqda ittiham ediliblər. Hacıtlaşe bu qətllərə görə 1920-ci ildə ölüm cəzasına məhkum olunub. Bu, İsveçdə hər hansı bir şəxs barəsində çıxarılan sonuncu ölüm hökmü olub. Ölüm cəzası ömürlük həbslə əvəzləndikdən sonra, Hacıtlaşe 1929-cu ildə elə həbsxanada dünyasını dəyişib.Государственный архив Российской Федерации (ГАРФ), Ф.102, ДП ОО; C. Kumuk, Düvel-i Muazzama’nın Kıskacında Kafkasya Dağlıları, Istanbul, 2022, p. 168 Həyatı 250px|thumb|left|Məhəmməd bəy Hacıtlaşe 1907-ci ildə Qazı bəy Əhmətukov 20 May 1868-ci ildə İstanbulda, Qafqaz müharibəsindən sonra Çərkəzistandan qaçmış çərkəz ailəsində anadan olub. 1878-ci ildə onun başıpozuq dəstəsinin rəhbəri olan atası Rusiya–Osmanlı müharibəsində (1877–1878)ndə həlak olub. 1882-ci ildə o, Rusiyaya mühacirət edib, burada uşaqsız Ettinger ailəsi tərəfindən övladlığa götürülüb və Qriqori adlandırılıb. 1890-cı illərdə Hacıtlaşe təxəllüsü ilə bir neçə roman və hekayə yazıb nəşr etdirib.
1916-cı ildə Hacıtlaşe Rusiya hökumətinə "dünya miqyasında müsəlmanlar arasında anti-Almaniya və anti-Türkiyə təbliğat kampaniyası aparmağı" təklif edib və bunun üçün pul istəyib.Архивные материалы Министерства внутренних дел Российской империи о мусульманском движении начала XX века 1917-ci ildə o, Sankt-Peterburqda "Anqlo-Rus Komissiyası" adlı Britaniya təbliğat bölməsində çalışarkən, o dövrkü MI1c (gələcək MI6) tərəfindən məxfi əməkdaşlığa cəlb olunub. Onun fəaliyyətinə agent kimi kapitan Con Daymok Skeyl rəhbərlik edib.
1918-ci ildə Sovet Rusiyasını tərk edərək İsveçə gedib və orada Stokholmu özünə baza seçməklə bolşeviklərə qarşı əks-inqilabi mübarizəyə kömək etməyi planlaşdıran "Rusiya Liqası" adlı Ağ Terror hücrəsi təşkil edib. Hacıtlaşe Stokholm kənarındakı meşəlikdə bir ev satın alıb. O və dəstəsi, bolşevik agenti olmaqda ittiham etdikləri insanları bu evə gətirib, burada onları öldürüb və cəsədlərini yaxınlıqdakı gölə atıblar. 1919-cu ildə polis bu dəstəni ifşa edərkən Norrviken gölündən üç cəsəd tapılıb. Kimliyi təsdiqlənən qurbanlar mühəndis Karl Kalve (əsl adı yəqin ki, Qleb Varfolomeyev olub), jurnalist və sovet diplomatik kuryeri Yuri Levi (Paul) Levitski və hüquq doktoru, zadəgan Nikolay Ardaşev olub. Hacıtlaşenin şəxsi "ölüm siyahısı"na əsasən, daha çox insanın öldürüldüyü güman edilir.
Bu qətllərdən Sovet mətbuatı təbliğat məqsədilə geniş istifadə edib. Sovet yazıçısı Aleksey Tolstoy bu hadisəni özünün "Mühacirlər" romanına daxil edib.
Hacıtlaşe 28 may 1920-ci ildə gilyotinlə ölüm cəzasına məhkum edilsə də, sonradan bu cəza — növbəti il ölüm hökmünün tamamilə ləğv edilməsindən əvvəl qüvvədə olan de-fakto moratoriuma uyğun olaraq — ömürlük həbslə əvəzlənib. O, cəzasının çəkilmiş hissəsi ilə əvəz olunaraq azadlığa buraxılması barədə uğursuz müraciətindən qısa müddət sonra,Ligan som spred rysskracken (in Swedish) 1929-cu ildə Lonqholmen həbsxanasında dünyasını dəyişib. Hərbi qanunvericilikdə ölüm cəzasının 1972-ci ilə qədər qalmasına baxmayaraq, Hacıtlaşe İsveçdə ölüm cəzasına məhkum edilmiş sonuncu şəxs olub. Hacıtlaşenin əlaltıları isə 6 aydan 8 ilə qədər müxtəlif həbs müddətləri alıblar.
Karl Sendberq Hacıtlaşe haqqında "Məhəmməd bəy Hacıtlaşe" başlığı altında bir şeir yazıb. Şeir elə bir üslubda yazılıb ki, sanki Sendberq Məhəmməd bəy Hacıtlaşe ilə şəxsən görüşüb.
İstinadlar
Xarici keçidlər
Lundberg, Svante. Ryssligan (2004). Fonds Mahomet-Beck Hadjetlache О кази-беке Ахметукове (Магомкд-Бек Хаджетлаше) и его потомках Nordisk Familjebok pages 191-192