"Milli xəzinə" və ya "Milli sərvət" termini Yaponiyada 1897-ci ildən bəri mədəniyyət nümunələrini adlandırmaq üçün istifadə olunur.Terminin tərif və meyarları müəyyən zaman dilimində dəyişilmişdir. Cari tərifə cavab verən bu qədim sənədlər "Mədəni Sərvətlərin Qorunması haqqında" Qanunun 1951-ci il iyunun 9-da qüvvəyə minməsindən bəri "Milli xəzinələr" elan edilib. Əşyalar "yüksək tarixi və ya bədii dəyərinə" əsasən Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin xüsusi qurumu olan Mədəniyyət İşləri Agentliyi tərəfindən seçilir. "Qədim sənədlər" agentlik tərəfindən tanınan on üç Milli xəzinə kateqoriyasından biridir. Siyahı qədim dövrdən erkən müasir Yaponiyaya qədər — Asuka dövründən Meydzi dövrünə qədər olan 63 sənəd və ya sənədlər toplusundan ibarətdir. Əşyaların faktiki sayı 63-dən çoxdur. Siyahıda; məktublar, gündəliklər, qeydlər və ya kataloqlar, sertifikatlar, imperator fərmanları, vəsiyyətnamələr və xəritələr kimi müxtəlif növ tarixi materiallar yer alır. Sənədlər erkən Yaponiya hökuməti və buddizmi, o cümlədən Yaponiyanın Çinlə ilk əlaqələrini, dövlətin təşkili və Yaponiya imperator sarayındakı həyatını əks etdirir. Bu sənədlər Yaponiyanın 14 şəhərində — məbədlərdə (35), muzeylərdə (13), kitabxana və ya arxivlərdə (6), ziyarətgahlarda (4), universitetlərdə (2) və şəxsi kolleksiyalarda (2) saxlanılır. Siyahıdakı qeydlərin böyük əksəriyyəti (28) Kioto şəhərindədir. Kağız üzərində fırça ilə yazılmış siyahıdakı sənəd və materiallar xəttatlığın mühüm nümunələri hesab edilir.

Yazı Yaponiyaya Çindən eramızın əvvəllərində yazılı arxeoloji tapıntılar şəklində gətirilib. Bəziləri arxeoloji "Milli xəzinə" elan edilmiş nümunələrə Van Manın hakimiyyəti dövrünə (b.e. 8–25-ci illər) aid sikkələr, Şikanoşimadan tapılmış I əsrə aid qızıl möhür, Todaişiyama kurqanından tapılmış II əsrin sonlarına aid dəmir qılınc, 369-cu ilə aid üzərində yazısı olan Yeddişaxəli qılınc və III əsrə aid edilən çoxsaylı bürünc güzgülər daxildir. Bu əşyaların hamısı, çox guman ki, Çində yaranıb. Lakin onların üzərinə həkk olunmuş yazılar yaponlar tərəfindən yazı kimi deyil, bəzək kimi qəbul edilib. Sonralar yaponlar Çinin orijinal güzgülərinin yerli nüsxələrini istehsal edərkən, yazılı həkk olunmaların sadə bəzək olduğu qənaətini davam etdiriblər.

Yazı anlayışı Yaponiyaya Koreyanın Pekçe krallığından, ehtimal ki, kağız üzərində və əlyazma rulonları (kansubon) formasında klassik Çin kitabları şəklində gəlib. Bu, çox guman ki, V əsrin əvvəllərində (təxminən 400-cü ildə), tam olaraq isə VI əsrdə baş verib. Əfsanəyə görə, Çin yazı sistemini, eləcə də konfusiçiliyi Yaponiyaya alim Vani tanıdıb. Mənşəyi Yaponiyaya aid olan və yazının aydın şəkildə anlaşıldığını göstərən qədim mətnlər V əsrə aiddir və 700-cü ildən əvvəlki mətnlərin çoхu — daş və ya metal üzərində yazılmış yazılardır. Arxeoloji Milli xəzinələrdən üçü: Çin orijinalından uğursuz surət sayılan təxminən V əsrə aid Suda Haçiman məbədi güzgüsü, 471 və ya 531-ci illərə aid İnariyama qılıncı və təxminən V əsrə aid Eta Funayama kurqanından tapılmış qılınc buna nümunədir. İnariyama qılıncı həm də yapon dilini ifadə etmək üçün Çin heroqliflərindən istifadə edən yazı sistemi — manyoqananın tətbiq olunduğu ən qədim nümunədir. Yazı yaranandan qısa müddət sonra, hadisələri qeydə almaq üçün əyalətlərə mirzələr təyin olundu.

Yaponiyada V və VI əsrlərdə yazıdan geniş istifadə edilməməsinə rəğmən, VII əsrdə yerli dildə yazılmış sənədlərin sayı artsa da, onların böyük əksəriyyəti itirilib. VII əsrin sonlarına yaxın Çindən genişlənməyə başlayan mədəni asılılıq oxuma və yazmanın, xüsusilə dövlət idarəçiliyi və dində, Yaponiya həyatının ayrılmaz bir hissəsinə çevrilməsinə səbəb oldu. Bu inkişaf üçün iki əsas: Tayka islahatları (645–649) ilə başlayan və Asuka Kiyomihara Məcəlləsi (689), 670 və 690-cı illərdəki siyahıyaalınmalarla davam edən Çin üslublu mərkəzləşdirilmiş dövlətin formalaşması amilləri var idi. Bu da İmperator Tençinin dövründə əsası qoyulmuş Dayqakuryoda ("Universitet") başqa sahələrlə yanaşı Konfusiçilik mətnləri üzrə təhsil almış savadlı və çox sayda məmurun yetişdirilməsi tələbini yaradırdı. İkinci amil isə VI əsrin ortalarında Yaponiyada yayılmağa başlayan və Şahzadə Syotoku (574–622) tərəfindən təbliğ edilən buddizmin artan nüfuzu idi. Ənənəvi olaraq Şahzadə Syotokuya aid edilən "Sanqyo Gişo" ("Üç Sutraya dair Şərhlər") istənilən həcmdə saxlanılan ən qədim yapon mətnidir. Buddizm çin dilində yazılmış sutraların öyrənilməsini tələb edirdi və dövlət 727-ci ildən əvvəl Sutra Köçürmə Bürosunu (şakyoço) təsis etmişdi. Ən qədim yapon kitabələri VIII əsrin əvvəllərinə aid iki salnamə: "Kociki" və "Nihon Şoki" salnamələridir. Fonoqram ortoqrafiyası VIII əsrdə populyarlıq qazansa da, daha uzun mətnlər üçün istifadə olunmurdu. Müasir kana, xüsusən də hiraqana və katakana Heyan dövründə inkişaf etdirilib. Statistika Siyahıdakı bütün sərvətlərin demək olar ki, yarısı Kiotoda yerləşir.

Prefektura Şəhər Milli xəzinələr Çiba prefekturası Sakura 2 Fukuoka prefekturası Fukuoka 1 Gifu prefekturası Motosu 1 Kioto prefekturası Kioto 28 Miyadzu 1 Miyaqi prefekturası Taqadzyo 1 Nara prefekturası Nara 4 Osaka prefekturası Kavatinaqano 1 Şimamoto 1 Şiqa prefekturası Naqahama 1 Otsu 8 Şizuoka prefekturası Makinohara 1 Toçiqi prefekturası Otavara 1 Tokio prefekturası Tokio 10 Vakayama prefekturası Koya 1 Yamaqata prefekturası Yonedzava 1 Dövr Milli xəzinələr Asuka dövrü 1 Nara dövrü 9 Heyan dövrü 32 Tan sülaləsi 1 Kamakura dövrü 17 Yuan imperiyası 1 Nanbokute dövrü 1 Adzuti-Momoyama dövrü 1

İstifadə qaydası Cədvəlin sütunları ("Məzmun" və "Şəkillər" sütunlarından başqa) ox işarələrinə sıxmaqla sıralanıb. Cədvələ nələrin daxil edildiyi və sıralama haqqında aşağıda ümumi məlumatlar verilib: Ad: Milli Mədəni Əmlaklar Məlumat Bazasında qeydiyyatdan keçmiş ad Müəllif: müəllifin (müəlliflərin) adı Məzmun: sənədin növü və məzmunu haqqında məlumat Tarix: dövr və il; Sütundakı yazılar ilinə görə çeşidlənir. Əgər yalnızca dövrü məlumdursa, həmin dövrün başlanğıc ilinə görə sıralanıb. Format: əsas növ, texnika və ölçülər; Sütundakı yazılar əsas növə: bükülü əlyazma (əlyazma rulonları və məktublar daxildir), kolleksiya (əşyalar dəsti) və digərlərinə (toxuculuq məmulatları, asma rulonlar, daş üzərində yazılar və qatlanan kitablar 帖 daxildir) görə sıralanıb. Hazırkı yeri: "bina-adı məbəd/muzey/ziyarətgah-adı şəhər-adı prefektura-adı"; Sütun girişləri "prefektura-adı şəhər-adı" kimi sıralanır. Şəkil: sənədin şəkli

Xəzinələr