İbrahim Qardaşxanov () — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı İbrahim Qardaşxanov 13 avqust 2000-ci ildə Sabirabad rayonunun Poladtuğay kəndində anadan olub. 2007–2018-ci illərdə Mahir İsmayılov adına Poladtuğay kənd tam orta məktəbində təhsil alıb.

Hərbi xidməti 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Qüvvələrinin kursunu bitirib. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrində kiçik gizir rütbəsində xidmətə başlayıb.

İkinci Qarabağ müharibəsində iştirakı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Qardaşxanov "Qarabağ" ordeni ilə təltif edilmişdir.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Qardaşxanov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Qardaşxanov "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Təltifləri 50px (09.12.2020) — "Qarabağ" ordeni class=ve-pasteProtect|50x50px (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı 50px (25.12.2020) — "Zəngilanın azad olunmasına görə" medalı

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:"Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Qarabağ" ordeni ilə təltif edilənlər