Eteri Cəfərova (d. 9 iyul 1978 Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı,səhnə quruluşçusu. Azərbaycan Respublikasının əməkdar artisti (2007),Prezident mükafatçısı(2010-2014), BXA-nın Dosenti

Həyatı Eteri Cəfərova 9 iyul 1978-ci ildə Bakı şəhərində anadan olub.1985-1991 illərdə 214 saylı məktəbdə, 1991-1996-cı illərdə Bakı Xoreoqrafiya məktəbinin Xalq şöbəsində təhsil almış,1996-cı ildə həmin məktəbi ansambl artisti ixtisası üzrə bitirmişdir. 1991-1996 ci illərdə BXM-də oxuyarkən Mayra Almaszadedən, Leyla və Zakir Ağayevlərdən müəllim heyyətindən təhsil almışdır.1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ( ADMİU) Mədəni maarif fakültəsində təhsil almış,və 2000-ci ildə “teatr kollektivlərinin rejissöru” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasının ( BXA) “xoreoqrafiya sənəti” ixtisası üzrə magistr pilləsinə qəbul olmuş və 2018-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Təhsilini 2018-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunda (MDMİ) müasir xoreoqrafiyanın ixtisas artırma kursunu keçməklə Sertifikat almışdır.2019-2022-ci illərdə Bakı Xoreoqrafiya Akademiyası (BXA)-da Doktorantura pilləsində « xoreoqrafiya sənəti » ixtisasında oxumuşdur.2022-2024-cü illərdə Moskva Dövlət Xoreoqrafiya Akademiyasında (MDXA )- da Assistenturanı fərqləmə diplom ilə «yüksək dərəcəli pedaqoq-xoreoqraf» ixtisası üzrə bitirmişdir.

Yaradıcılığı Eteri Cəfərova Bakı Xoreoqrafiya Məktəbinin axırıncı sinfində oxuyarkən Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri,Azərbaycan Respublikasının Xalq artisti Afaq Məlikova tərəfindən ansambla rəqqasə vəzifəsinə dəvət edilib. 1996-cı il may ayında Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Rəqs Ansamblında əmək fəaliyyətinə başlayıb.2007-2017 illərdə Dövlət Rəqs Ansamblın aparıcı solisti vəzifəsində çalışmışdır.

2014-cü ildən Bakı Xoreoqrafiya Akademiyasının Milli və müasir rəqs kafedrasında Azərbaycan rəqsin əsasları, xoreoqrafik ansambl, xoreoqrafiya sənəti milli və Xalq səhnə rəqsi fənlərini tədris edir.Qəmər Almaszadə adına Klassik və Milli rəqs üzrə I Beynəlxalq müsabiqəsində tələbəsi Tutu Tahirli müsabiqənin 1-ci yerin laureatı adına layiq görülmüşdür. Hal-hazırda İncəsənət fakültəsinin Milli və müasir rəqs kafedrasının dosenti vəzifəsində çalışır.

2021-ci ildə AZTV-nin azad olunmuş Qarabağda « Oxuyur Vətən» lahiyəsində xoreoqraf və aparıcı solist kimi iştirak etmişdir.

2021-ci ildən Şuşada Xarıbülbül Musiqi Festivalının IV-cü, V-ci, VI-cı, VII-ci, VIII-ci festivallarında xoreqraf və solist kimi iştirak edilmişdir.

2024-cü ildə Yuriy Qriqoroviç adına «Xoreoqrafların və balet artistlərinin Ümumrusiya» müsabiqəsində Moskva Dövlət Mədəniyyət İnstitutunun (MDMİ) tələbəsi İrina Çebotaryova və "DanceMoscow2024" Moskva Dövlət Xoreoqrafiya Akademiyasının (MDXA)-tələbəsi Marqarita Tyuşova Eteri Cəfərova Ə.Tağıyevin "Sən gəlməz oldun" rəqsi ilə çıxış etmişlər və bankın laureatı adına layiq görülmüşlər.

2022-2024-cü illərdə Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alan zamanda Azərbaycan xalq rəqsini təbliğatını aparmışdır.2023-cü ildə "Azərbaycan xalq səhnə rəqsinin baniləri" adlı seminarı və "Azərbaycan rəqsinin əsasları" adlı ustad dərsi keçirilmişdir. Tədris aldığı müddət ərzində E. Cəfərova tərəfindən 10 rəqsə quruluş verilmişdi. “Azərbaycan xalq səhnə rəqsinin irsi” mövzusunda 5 rəqs: “Qızın rəqsi” Ü.Həcibəyli Koroğlu operasından, “Qavalla rəqs” Q. Salahov, “Naz eləmə” Q. Salahov, “Ağ çiçək” E. Sabitoğu və “Tərəkəmə” xalq musigisi, və “Müəllif xoreoqrafiyası” adlı mövzu ilə 5 rəqs: “Süzən qızlar” C. Cahangirov, P. Bülbüloğlunun «Eşq və ölüm» baletindən bir parça “Yaylıqlarla rəqs”, P. Bülbüloğlunun «Eşq və ölüm» baletindən bir parça „Qavallarnan rəqs“, mus.Ə. Tağıyevin “Sən gəlməz oldun”,musiqisi S.Rüstəmovun “Hardasan” rəqsləri nümayiş etdirilmişdir. Həmçinin, diplom işi ilə bərabər “Azərbaycan rəqsinin tədrisi metodikası” adlı proqramı təqdim etmişdir. İlk dəfədir ki, Moskva Dövlət Xoreoqrafiya Akademiyasının tarixində Azərbaycan rəqsi Xalq səhnə rəqsi fənni üzrə tədris olunur.

30 yanvar 2025-ci ildə Moskva şəhərinin Kreml konsertində Polad Bülbüloğlunun yubiley konsertində baş baletmeyster və solist kimi iştirak etmişdir. Konsertdə Azərbaycan Dövlət Rəqs Amsamblının artistləri və Moskva Dövlət Xoreoqrafiya Akademiyasının tələbələri uğurla çıxış ediblər. P.Bülbüloğlunun “Eşq və ölüm” baletindən bir parça “Qavallarnan rəqs” premyerası keçirilib. 4 fevral 2025-ci ildə Bakıda Polad Bülbüloğlunun Heydər Əliyev Sarayında keçirilmiş "Qayıdış"-80 yübiley gecəsində həm solist, həm konsertin baş baletmeysteri kimi çalışıb.2025-ci ildə Laçın şəhərində MDB ölkələrinin Forumda baş baletmeyster və solist kimi iştirak etmişdir.

Eteri Cəfərova Azərbaycanı ABŞ, Böyük Britaniya, Avstriya, Fransa, Rusiya, Macarıstan,Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Yaponiya, Cənubi Koreya, Çin, Tayland, Gürcüstan, Hollandiya, Almaniya, İtaliya, İsveçrə, İraq, Yunanıstan, Türkmənistan, Türkiyə və digər ölkələrdə layiqincə təmsil edib. Zəngin repertuarında "Sarı gəlin", "Cəngi", "Toy rəqsi", "Nəlbəki", "Naz eləmə", "Qavalla rəqsi", "Şərq rəqsi", "Zəriflik rəqsi", "Tərəkəmə", "Kəlağayı rəqsi", "Odlar yurdu", "Kartuli" gürcü rəqsi, Alban rəqsi, rəqs və rəqslər baletində, "Müqəddəs bahar", V.Adıgözəlov “Qərənfil”, Xalq mahnısı “Sarı gəlin”, M.Tağıyevin repertuarından “Qalx, qalx ulu torpaq!” musiqisinə, F.Əmirovun “Mən səni araram”, ” İnnabı”, “Dağlı”, “ Qavalla” rəqs, “Qaraçı” rəqsi, Osetin rəqsi və Müasir xoreoqrafiyanın Contemporary “Tənhalıq tanqosu” rəqslərin quruluşçu xoreoqrafıdır. 2012-ci ildə "Avroviziya" Mahnı Müsabiqəsi, "Bakı 2015" Avropa oyunları və bir sıra başqa dövlət və beynəlxalq tədbirlərdə solist kimi çıxış edib.

Elmi nəşrləri Bakı Xoreoqrafiya Akademiyasının “Sənət Akademiyası” jurnalında "Müasir dövrünün mədəni prosesində milli rəqs fenomeni" və "Rəqs sənətində tərbiyə və təhsil” , "Azərbaycan xalq səhnə rəqs sənətinin inkişafında Roza Cəlilova fenomeni" mövzusunda, çoxlu sayda məqələlər Türkiyədə, Rusiyada çap olunmuşdu."Dünya xalq rəqsi" və "Xalq-səhnə rəqsinin tədrisi metodikası","Müasir rəqsi" proqramlarının müəllifi olmuşdur.

Mükafat və təltifləri 2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

2010,2011,2012,2013,2014-cü illərdə Prezident mükafatçısı olub. 3 may 2019-ci ildə Milli rəqs sənətinə verdiyi töhfəyə görə “Humay” mükafatına layiq görülüb, 2021 -ci ildə “Akademie Internationale de choreographie” “Fəxri akademik”fəxri adına layiq görülüb.

istinadlar

Xarici keçidlər Azərbaycan rəqsləri Moskvadan dünyaya yayılır Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib “Qadın Xoşbəxtliyi Ərazisini” fəth edən zərifliyin gücü – Eteri Cəfərova Laçında Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirilib Cəfərova Eteri Lyeonidovna