Musa Eyyub oğlu Eyyubov () — Azərbaycan teatr rejissoru və aktyoru.
2013-cü ildə "Fəxri mədəniyyət işçisi", 2015-ci ildə isə "Əməkdar artist" fəxri adına layiq görülüb. 2017–2025-ci illərdə Prezident mükafatçısı olub.
Həyatı Musa Eyyubov 12 aprel 1960-cı ildə Qazax şəhərində anadan olub. 1966–1976-cı illərdə Ağstafa şəhərindəki 2 nömrəli orta məktəbdə təhsil alıb. 1977–1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb.
Fəaliyyəti 1976–1986-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor köməkçisi, truppa müdiri və aktyor vəzifələrində çalışıb.
1986–1988-ci illərdə Qazax rayonu Xalq Teatrında rejissor kimi fəaliyyət göstərib. 1988-ci ildən Qazax Dövlət Dram Teatrında aktyor, musiqi hissə müdiri, sərəncamçı direktor və quruluşçu rejissor vəzifələrində çalışıb.
2011–2013-cü illərdə regionda fəaliyyət göstərən Türkel TV-də yaradıcılıq departamentinin rəhbəri vəzifəsində çalışıb.
2014-cü ildən teatrın baş rejissoru vəzifəsində fəaliyyət göstərib. 2025-ci ilin oktyabrında yaşa görə təqaüdə çıxması ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.
Teatr fəaliyyəti
Aktyor kimi Musa Eyyubov aşağıdakı tamaşalarda müxtəlif rolları ifa edib:
B. Vahabzadə — Dar ağacı — Babək Abdulla Şaiq — Fitnə — Bəhram şah S. S. Axundov — Tamahkar — Əliqulu M. F. Axundzadə — Müsyo Jordan və Dərviş Məstəli şah — Müsyo Jordan M. Hüseyn — İntizar — Cəfər Ə. Səmədli — Ölüm hökmü — Axund
Rejissor kimi Musa Eyyubov aşağıdakı tamaşalara quruluş verib: Müəllif Tamaşa İl Y. Əzimzadə Nəsrəddin 2005 Elçin Qatil 2006 M. Marinyé Oğru 2008 Mar Bayciyev Duel 2008 Heydər Qasımlı Akademik kürəkən 2009 H. Mirələmov Xəcalət 2010 Əhməd Orucoğlu Sonuncu seriya 2010 F. Mustafa Neytral zona 2011 Oktay Altunbay Gecə yarıdan keçəndə 2012 Mar Baycıyev Toy günü ayrılıq 2013 İlyas Əfəndiyev Sən həmişə mənimləsən 2014 Elçin Cəhənnəm sakinləri 2015 Vaqif Səmədoğlu İntihar 2018 İlqar Fəhmi Son reportaj 2019 Rövşən Ağayev Bir gecənin nağılı 2020 Con Qolsuorsi Birincilər və sonuncular 2021 N. B. Vəzirov Dələduz 2022 Altay Məmmədov Yadındamı 2022 Əli Əmirli Onun iki qabırğası 2024 Əli Əmirli Şəhid atası 2024 Roza Mukanova Bir çətir altında – mən 2024 Cəmilə Allahverdiyeva Əkil və Bəkil 2025 Yusif Səmədoğlu Simurq quşu 2025
Filmoqrafiya Musa Eyyubov aşağıdakı televiziya və film layihələrində iştirak edib:
Baharın sorağında — Türkel TV, 2011 Mən əzəldən sizinkiyəm… — televiziya filmi, 2011 Şaxtababa axtarışında — Türkel TV, 2012 Babanın nağılı — Türkel TV, 2012
Mükafatları 2013 — "Fəxri mədəniyyət işçisi" döş nişanı. 2015 — "Əməkdar artist" fəxri adı. 2017–2025-ci illərdə — Prezident mükafatı.
Həmçinin bax Qazax Dövlət Dram Teatrı
İstinadlar
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları