Kateqoriya:Norveç kralları Kateqoriya:Norveç şahzadələri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri VIII Haakon (; ) — Norveç kralı.

Həyatı 20 iyul 1973-cü ildə Osloda dünyaya gəldi. Atası Norveç kralı V Olafın oğlu vəliəhd-şahzadə Harald, anası isə Sonya Haraldsendir. 20 sentyabrda vəftiz edildi.

Doğulduğu əsnada babası taxtda, atası isə vəliəhd-şahzadə idi. Atasının ilk övladı olmasa da, yeganə varisi idi. Çünki Norveçdə 1990-cı ilədək Salik qanunları qüvvədə idi və monarx ailəsində doğulan qız uşaqları taxta çıxa bilməzdi. 1990-cı ildə monarxial sistemdə edilən dəyişiklik isə yalnız bu tarixdən etibarən doğulan qız uşaqlarına taxt hüququ verirdi. Bu səbəblə, böyük bacısı Marta Luiza taxt sıralamasında özündən və övladlarından sonra gəlir.

Norveç Kral donanmasında hərbi təlim-tərbiyə aldı və 1995-ci ildə məzun oldu. Atası və babasından fərqli olaraq Oksford Universitetində deyil, Berkli Kaliforniya Universitetində ali təhsil aldı. 1999-cu ildə bu universitetin siyasət ixtisasından məzun oldu. Daha sonra Oslo Universiteti və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində təhsilini davam etdirdi.

1990-cı illərin əvvəlində gənclik festivalında tanış olduğu Mette-Marit Tjessem Hoybi ilə qısa bir eşq münasibəti oldu. Bir neçə il sonra yenidən qarşılaşanda isə Mette-Marit artıq nigahdan kənar bir oğul sahibi idi. Cütlüyün 2000-ci ilin dekabrında elan edilən nişan xəbərinin ardından Norveç medyası və xalq buna narazılığını bildirdi. Seçilən gəlin namizədinin gələcəkdə kraliça olması, onun zadəgan sinifinə mənsub olmaması və nigahdan kənar bir övlad sahibi olması etirazların əsas səbəblərindən idi. Digər yandan övladının atasının narkotik vasitəsi satışıyla həbsdə olması və yetərsiz təhsil səviyyəsi də bu səbəblərə misal çəkilə bilər. Üstəlik, Mette-Maritin seksual cinayətkar Cefri Epşteynlə də münasibətinin olduğu iddia edildi.

Bütün bu etirazlara baxmayaraq, 8 aylıq nişanlılıq müddəti ərzində vəliəhd-şahzadə Haakon nişanlısı ilə Osloda kirayə tutduğu bir mənzildə birlikdə yaşadı. Nəhayət, cütlük 25 avqust 2001-ci ildə Osloda evləndi. O dövrdə Danimarka vəliəhd-şahzadəsi olan, X Frederik cütlüyün nigah şahidi oldu. Cütlüyün bu nigahdan 2 övladı doğulub.

15 noyabr 2013-cü ildə Norveç Kral donanmasında admiral, Norveç Quru və Hava qoşunlarında general rütbələrini aldı. Atasının sağlamlıq problemi yaşadığı bəzi dövrlərdə naib olaraq dövlət idarəsini ələ aldı. Bunlardan sonuncusu atasının vəfatıyla sonlandı və beləcə, 28 avqust 2026-cı ildə taxta çıxdı. 1 sentyabrda keçirilən andiçmə mərasiminin ardından monarxial vəzifələrini icra etməyə başladı.

Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriİnqrid Aleksandra21 yanvar 2004- (22 yaşında) - -Sverre Maqnus3 dekabr 2005 - (20 yaşında) - -

Mənbə

İstinadlar

Kateqoriya:XXI əsr monarxları Kateqoriya:Norveç şəxsləri