Əzəm Məscidi () — İranın, Qum şəhərindəki memarlıq abidəsi. Ayətullah Burucerdi Məscidi kimi tanınan bu məscid, 1399-cu ildə Seyid Hüseyn Təbatəbai Burucerdinin çalışmaları sayəsində inşa edilmiş Fatimə Məsumənin türbəsinin yanında yerləşən böyük bir məsciddir.

Haqqında Məscidin tikinti sahəsinin bir hissəsi tərk edilmiş kral malikanəsi (Fəth Əli Şahın otuz ikinci oğlu və Qum hökmdarı Kikavus Mirzənin sarayı) və özəl mehmanxanalar idi. Ziyarətgahın həyəti üç tərəfdən Faiziyyə məktəbi, Astanə meydanı və Səhn-e-Moza küçəsi ilə əhatə olunduğu və digər tərəfinin yuxarıda qeyd olunan yerlərlə əlaqəli olduğu nəzərə alınmaqla, zəvvarlar və ibadət edənlər üçün örtülü bir məkanın inşasına ehtiyac var idi. Hicri təqvimi ilə 21 Tihr 1333-cü ildə (Əli ibn Musa ər-Rzanın doğum gününə təsadüf edən) bu məscidin tikintisinə Ayətullah Bürucerdi tərəfindən başlanılmış və altı il sonra, 1339-cu ildə Böyük Məscid açılışı olmuşdur.name="Pourtajrishi">

Həmçinin bax Beynəlxalq Məscid Günü Məscidül-Həram Məscidül-Nəbi Məscidül-Əqsa Böyük Kufə məscidi Cəmkəran məscidi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pəhləvilər Kateqoriya:1961-ci ildə tamamlanmış məscidlər Kateqoriya:İran məscidləri