1993-cü il Türkiyə prezident seçkiləri — vəzifədə olarkən 17 aprel 1993-cü ildə vəfat edən prezident Turqut Özalın ölümündən sonra, 8–16 may 1993-cü il tarixləri arasında Türkiyə Böyük Millət Məclisində keçirildi. Doğru Yol Partiyasının sədri və Baş nazir Süleyman Dəmirəl, koalisiya tərəfdaşı Sosial Demokrat Xalq Partiyanın dəstəyi ilə səsvermənin üçüncü turunda 244 səs toplayaraq Türkiyənin 9-cu prezidenti seçildi.
Arxa planı Prezident Turqut Özal 17 aprel 1993-cü ildə vəfat etdi. "TÜRKİYE CUMHURİYETİ CUMHURBAŞKANLARININ CENAZE MERASİMLERİ" Turqut Özal vəsiyyətində — "Öləndən sonra məni İstanbulda dəfn edin. Qiyamət gününə qədər Fatih Sultan Mehmetin mənəvi hüzurunda uyumaq istəyirəm" yazmışdı. Vəsiyyətinə uyğun olaraq, o Topqapı qəbiristanlığında dəfn edildi.
4 may tarixində Süleyman Dəmirəl Turqut Özalın gözlənilməz vəfatından sonra, prezidentlik postuna öz namizədliyini elan etdi. Türkiyə Böyük Millət Məclisində 8 may tarixində keçirilən seçkilərin birinci turunda Dəmirəl 234 səs toplayaraq lazımi çoxluğu əldə edə bilmədi. İkinci turda Dəmirəl 225 səs aldığı halda, digər partiyaların namizədləri — Kamran İnan (ANAP), Lütfi Doğan (RP) və İsmayıl Cəm (CHP) — müvafiq olaraq 95, 49 və 25 səs topladılar. Mayın 16-da keçirilən üçüncü turda Dəmirəl öz partiyası olan Doğru Yol Partiyası (DYP) ilə yanaşı, Milliyyətçi Hərəkat Partiyası (MHP) və koalisiya tərəfdaşı Sosial Demokrat Xalqçı Partiyanın dəstəyi ilə 244 səs toplayaraq Türkiyənin doqquzuncu prezidenti seçildi.Demirel cumhurbaşkanı dyp shp mhp
Nəticələri Namizəd Siyasi partiyaSəsvermə 1. Tur8 May 1993 2. Tur12 May 1993 3. Tur16 Mayıs 1993 Doğru Yol Partisiyası Süleyman Dəmirəl Doğru Yol Partisiyası 234 235 244 Ana Vətən Partiyası Kamran İnan Ana Vətən Partiyası 95 95 94 Rifah Partiyası Lütfi Doğan Rifah Partiyası 46 49 47 Cümhuriyyət Xalq Partiyası İsmayıl Cəm Cumhuriyet Halk Partisi 25 25 27 Boş 19 21 19 Etibarsız 3 1 — İştirak 422 426 431
Həmçinin bax Türkiyədə Prezident seçkiləri
İstinadlar
Xarici keçidlər , Toplumsal Ekonomik Siyasal Araştırmalar Vakfı
Kateqoriya:Ölkələrinə görə prezidentlərin siyahıları Kateqoriya:Türkiyənin dövlət quruluşu Kateqoriya:Ölkələrinə görə prezidentlər Kateqoriya:Türkiyə hökumətləri Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyədə seçkilər Kateqoriya:1993-cü ildə Türkiyə Kateqoriya:Türkiyədə prezident seçkiləri Kateqoriya:Türkiyə prezidentləri