Konstantin Sulkeviç

Həyatı Konstantin Sulkeviç 1888-ci il sentyabrın 10-da Suvalki şəhərində, Vilna quberniyasında yaşayan tatar ailəsində anadan olub. Onun ulu babası, 4-cü Litva avanqard alayının zabiti, polkovnik Mustafa Axmatoviç olub. İkinci Polşa Respublikasının Tatar süvari alayı onun şərəfinə adlandırılıb.

Atası Matsey Axmatoviç (1820–1901) şair və 5-ci ulan alayının mayoru, anası isə Tuxan-Mirzə Baranovski nəslindən olan Yelena olub. Aleksandr, Stefan, Boqdan, Leon, Mariya, Yeva və Eljbieta adlı bacı-qardaşları olub.

Hüquq fakültəsini bitirib. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra, 1918-ci ildə Azərbaycanda Xarici İşlər Nazirliyinin dəftərxanasının direktor müavini vəzifəsində çalışıb.

Polşanın müstəqilliyi bərpa edildikdən sonra Polşa Ordusunun sıralarına qəbul olunub. 1 iyun 1919-cu ildən xidmət stajı nəzərə alınmaqla ona ehtiyat süvari qoşunlarının kiçik leytenantı rütbəsi verilib. 1923–1924-cü illərdə Vilna qarnizonunun 23-cü ulan alayında ehtiyat zabit kimi xidmət edib. 1934-cü ildə ehtiyat süvari qoşunlarının kiçik leytenantı rütbəsində 3 saylı zabit dairəsinə 12 aylıq müddətə ezam olunub.

İkinci Polşa Respublikası dövründə Varşavada vəkil, Vilnüsdə isə dairə məhkəməsi prokurorunun müavini vəzifəsində çalışıb.

İkinci Dünya müharibəsinin başlanmasından və Qırmızı Ordunun 17 sentyabr 1939-cu ildə Polşaya daxil olmasından sonra sovet hakimiyyət orqanları tərəfindən həbs edilib.

1940-cı ildə Ukrayna ərazisində həyata keçirilən Katın qətliamı zamanı SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD) əməkdaşları tərəfindən öldürülüb.

2012-ci ildə açılmış Bıkovnyadakı Polşa Hərbi Qəbiristanlığında dəfn olunub.

İstinadlar