Zaur Qasımlı — azərbaycanlı kinorejissor və ssenarist. Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən dörd hissəli "Tağıyev" kinoepopeyasının rejissoru və ssenari müəlliflərindən biridir. Onun rejissoru olduğu "Tağıyev: Neft" (2025) və "Tağıyev: Məktəb" (2026) filmləri Azərbaycandan "Ən yaxşı beynəlxalq bədii film" nominasiyası üzrə Oskar mükafatına təqdim edilib.
Yaradıcılığı 2018-ci ildə Bakı Media Mərkəzinin istehsalı olan, Nobel qardaşlarının Azərbaycan neft sənayesindəki fəaliyyətinə həsr edilmiş "Miras" bədii-sənədli filminin ssenari müəllifi və quruluşçu rejissoru olub. Film Kanadada keçirilən 9-cu Kalqari Avropa Film Festivalında nümayiş olunub.
Rejissorun sözlərinə görə, "Miras" üzərində işləyərkən arxiv materiallarında Hacı Zeynalabdin Tağıyevlə bağlı məlumatlarla qarşılaşması Tağıyev haqqında film ideyasının yaranmasına səbəb olub. Bakı Media Mərkəzinin istehsal etdiyi tetralogiyanın ilk hissəsi "Tağıyev: Neft" 2024-cü ildə, Tağıyevin vəfatının 100 illiyində təqdim olunub. Qasımlının dediyinə görə, çəkilişlər 90 gün planlaşdırılsa da, 135 gün davam edib. İkinci hissə "Tağıyev: Çar"ın təqdimatı 2025-ci il aprelin 4-də Nizami Kino Mərkəzində keçirilib. Tetralogiyanın sonrakı hissələri "Tağıyev: Sona" və "Tağıyev: Məktəb" adlanır.
"Tağıyev: Neft" filminin "Qan töküləcək" (There Will Be Blood, 2007) filmindən təsirləndiyi barədə fikirlər səslənib. Qasımlı plagiat iddiasını rədd edərək, təsirlənmə ilə plagiatın fərqli şeylər olduğunu bildirib.
2024-cü ildə XV Bakı Beynəlxalq Film Festivalının "Yerli Qısametrajlı Film Müsabiqəsi"nin münsiflər heyətinin üzvü olub.
Filmoqrafiyası 2003 — "Şəhər" (montaj, dizayn) 2013 — "Dərvişin qeydləri" (vizual effektlər) 2018 — "Miras" (rejissor, ssenarist) 2024 — "Tağıyev: Neft" (rejissor, ssenari müəlliflərindən biri) 2025 — "Tağıyev: Çar" (rejissor, ssenari müəlliflərindən biri) "Tağıyev: Sona" (rejissor) "Tağıyev: Məktəb" (rejissor)
İstinadlar
Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri