Avropada payız etirazları — xüsusilə yaşayış dəyərinin artması kimi sosial-iqtisadi problemlərə qarşı yönəlmiş kütləvi nümayişlər. Etirazların ən intensiv dövrü payıza təsadüf etmişdir. Bu prosesdə, əsasən, Fransada baş verən etirazlar mühüm rol oynamış və sonradan digər ölkələrdəki etirazçılar üçün ilham mənbəyinə çevrilmişdir.
Etirazlar əsasən Qərbi və Cənubi Avropada — Fransa, İspaniya, Portuqaliya, Albaniya, İrlandiya, Avstriya, Belçika, Yunanıstan, Almaniya, İtaliya və Serbiyada keçirilir. Etirazlar 2026-cı il mayın 30-da başlamışdır. Onlar korrupsiyaya və ekoloji problemlərə qarşı yönəlmişdir. İyunun əvvəlində etirazlar Albaniyanın paytaxtı Tiranaya yayılmışdır. Oktyabrın ortalarına doğru etiraz hərəkatı Albaniyada son illərin ən ciddi siyasi böhranlarından birinə çevrilmişdir. Əvvəlcə konkret investisiya layihəsinə qarşı ekoloji kampaniya kimi başlayan hərəkat sonradan ekoloji, sosial, təhsil və siyasi tələbləri birləşdirən genişmiqyaslı hərəkata çevrilmişdir. Oktyabrda etirazlarda tələbələr və gənclər əsas rol oynamağa başlamışlar.
Ölkələr
Albaniya Etirazlar 2026-cı il mayın 30-da başlamışdır. Onlar korrupsiyaya və ekoloji problemlərə qarşı yönəlmişdir. İyunun əvvəlində etirazlar paytaxt Tirana şəhərinə yayılmışdır. Oktyabrın ortalarına doğru etiraz hərəkatı Albaniyada son illərin ən ciddi siyasi böhranlarından birinə çevrilmişdir. Əvvəlcə konkret investisiya layihəsinə qarşı ekoloji kampaniya kimi başlayan etirazlar sonradan ekoloji, sosial, təhsil və siyasi tələbləri birləşdirən genişmiqyaslı hərəkat formasını almışdır. Oktyabr ayında tələbələr və gənclər etirazlarda əsas rol oynamağa başlamışlar. thumb|250x250px|Flaminqo inqilabı, Tirana
Avstriya Etirazlar oktyabrda başlamış və Avstriya hökumətinin təhsil sisteminə ayrılan xərcləri azaltmaq qərarına qarşı yönəlmişdir. Etirazların təşkilatçılarından biri Avstriya Tələbələr Assosiasiyası olmuşdur. Təşkilatçıların qiymətləndirməsinə görə, Vyanada keçirilən nümayişdə təxminən 30 min nəfər iştirak etmişdir.
Belçika Etirazçılar ilk dəfə oktyabrın 17-də Lyej və Brüsseldə toplaşmışlar. Nümayişçilərin narazılığının əsas səbəbləri təhsil şəraitinin pisləşməsi və təhsilin qiymətinin artması idi. Polis sərt müdaxilə edərək gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etmişdir. Daha sonra yanğın törətmək və raketlərdən istifadə etmək ittihamları irəli sürülmüşdür.
Fransa Fransada mitinqlər sentyabrın 21-də başlamışdır. Kretey şəhərindəki Sen-Ekzüperi liseyinin şagirdləri və müəllimləri müəllim çatışmazlığına, eləcə də sosial işçi və məktəb psixoloqunun olmamasına etiraz olaraq məktəbin girişini bağlamışlar. Növbəti həftə ərzində oxşar etirazlar əvvəlcə İl-de-Frans bölgəsinə, daha sonra isə ölkənin digər bölgələrinə yayılmışdır.
Oktyabrın 1-də 1027 liseyin fəaliyyəti pozulmuşdur. Nant, Marsel, Strasburq və Tuluza şəhərlərində də polislə toqquşmalar, yanğınlar və binalara ziyan vurulması halları baş vermişdir. Həmin gün 305 jandarmın yaralandığı və 1949 nəfərin saxlanıldığı bildirilmişdir.
Oktyabrın 17-də 110 şəhərdə təşkil olunan yürüşlərdə 550 min nəfər iştirak etmişdir. Həmkarlar ittifaqları və tələbə təşkilatları isə iştirakçıların sayının 800 minə çatdığını bildirmişlər. Parisdə polis gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etmişdir. Həmin gün Emmanuel Makron parlamentdə həm sağ, həm də sol qüvvələrin sərt tənqidinə məruz qalmışdır. Oktyabrın 17-si axşam saatlarında Baş nazir Sebastyen Lekornü təxminən 1200 nəfərin saxlanıldığını, 150 polis və jandarm əməkdaşının isə xəsarət aldığını bildirmişdir. Associated Press agentliyinin məlumatına görə, hakimiyyət orqanları iğtişaşları radikal qruplarla və qarət məqsədilə izdihama qoşulan şəxslərlə əlaqələndirirdilər. Etirazların təşkilatçıları isə dinc iştirakçıların sayının rəsmi rəqəmlərdə göstəriləndən xeyli çox olduğunu vurğulayırdılar. Oktyabrın 18-i səhər saatlarında bir sıra şəhərlərdə yandırılmış avtomobillərin qalıqları, sındırılmış vitrinlər və qarət olunmuş mağazalar qalmaqda idi.
Almaniya 2025-ci il dekabrın 5-də Bundestaq Bundesverin modernləşdirilməsinə yönəlmiş qanun layihəsini qəbul etdikdən sonra etirazlar başlamışdır. 2026-cı ildən etibarən tətbiq edilən yeni hərbi xidmət modelinə əsasən, 18 yaşlı bütün kişilər rəqəmsal anket doldurmalıdırlar. Bu qərar Almaniyanın yüzlərlə şəhərində məktəb tətillərinə səbəb olmuşdur. Etirazlar açıq şəkildə antimüharibə xarakteri daşıyırdı. Nümayişlərdə 40 minə qədər şagird iştirak etmişdir. Məktəb tətillərini tələbə şuraları, həmkarlar ittifaqları, kilsələr və müxtəlif solçu siyasi partiyalar, o cümlədən Die Linke dəstəkləmişlər. Sonralar etirazlar Almaniya üçün Alternativ (Alternative für Deutschland — AfD) partiyasının populyarlığının artmasına və onun Saksoniya-Anhalt əyalətində seçkilərdə qələbə qazanmasına qarşı yönəlmişdir.
İtaliya thumb|290x290px|İtaliyadakı etirazlar zamanı yeridilən hərbi texnika Etirazlar oktyabrın 16-da başlamışdır. Fransadakı etirazlardan ilhamlanan italyan tələbələr Milan, Turin, Bolonya, Genuya, Verona, Roma və Baridə nümayişlər keçirmişlər. Nümayişçilər İtaliyanın təhsil müəssisələrindəki şəraitə və hökumətin siniflərdə xarici tələbələrin sayını məhdudlaşdırmaq üçün qəbul etdiyi tədbirlərə etiraz edirdilər. Onlar hökumətdən təhsilə daha çox, müharibəyə isə daha az vəsait ayırmağı tələb edirdilər.
Romada nümayişçilər Təhsil Nazirliyinin yaxınlığında fişənglər ataraq İtaliyanın təhsil naziri Cüzeppe Valditaranı binadan çıxmağa çağırmışlar. Oktyabrın 17-dən etibarən etirazlar məktəb problemlərini aşaraq ümumi iqtisadi məsələləri də əhatə etməyə başlamışdır. Həmin gün Milanda iğtişaşlar artmış, bir sıra dəbdəbəli mağazaların vitrinlərinin dağıdılması və mağazaların qarət olunması barədə məlumatlar yayılmışdır. Daha sonra ölkənin cənubundan olan fermerlər də etirazlara qoşulmuşlar. Bu bölgələrdə dizel yanacağı çatışmazlığı və mağazalarda məhsul qıtlığı müşahidə edilirdi
İrlandiya Oktyabrın 1-də Dublində yaşayış xərclərinin və təhsil haqlarının yaratdığı problemlərə etiraz olaraq keçirilən yürüşdə 1500-dən çox tələbə iştirak etmişdir. Tədbirin təşkilatçısı İrlandiyanın ali təhsil müəssisələrini təmsil edən Tələbə İttifaqı olmuşdur.
Portuqaliya Portuqaliyada etirazlar Fransadakı nümayişlərdən sonra başlamışdır. Onlar, ilk növbədə, mənzil qiymətlərinin artmasına və mənzil tikintisinin həcminə dair problemlərə qarşı yönəlmişdir. Etirazlar əsasən Lissabon, Porto, Aveyrо, Braqa, Funşal və Faroda keçirilmişdir. Portuqaliya İşçilərinin Ümumi Konfederasiyası və mənzil hüquqlarını müdafiə edən bir sıra hərəkatlar etirazları dəstəkləmişlər. Oktyabrın 15-də Portoda polis əməkdaşlarının müdaxilə edərək etirazçıların qurduqları çadırları götürməsindən sonra 37 nəfərin yaralandığı bildirilmişdir.
Serbiya Serbiyadakı etirazlar, ilk növbədə, 2024-cü ildən bəri davam edən korrupsiyaya qarşı hərəkatın bir hissəsidir. Oktyabrın 22-də tələbələr parlament seçkiləri ərəfəsində tələbə müxalifət partiyası olan Tələbə Siyahısını dəstəkləmək məqsədilə Belqradda yürüş keçirmişlər. Parlament seçkilərinin oktyabrın 25-də keçirilməsi planlaşdırılırdı. Əvvəlki etirazların sərt repressiyalarla qarşılanmasına baxmayaraq, yürüşdə təxminən 150 min nəfər iştirak etmişdir. Hərəkat Aleksandr Vuçiçin və onun Serbiya Tərəqqi Partiyasının seçkilərdə hakimiyyətdən uzaqlaşdırılmasına çalışır. Bununla belə, Serbiyanın vətəndaş cəmiyyəti qrupları azad və ədalətli seçkilər üçün lazımi şəraitin olmadığını bildirirlər.
İspaniya İspaniyada etirazlar sentyabrın 23-də 87 yaşlı Mariya del Karmenin evindən çıxarılması ilə bağlı geniş rezonans doğuran hadisədən sonra başlamışdır. Baş nazirin Madrid şəhərindəki hakimiyyətini təmsil edən İzabel Dias Ayusonun dəbdəbəli penthaus alması ətrafında yaranan qalmaqal və evindən çıxarılan qadının intiharı mənzil məsələsi ilə bağlı ictimai narazılığı daha da artırmışdır. Sentyabrın 26-da etirazlar Puerta-del-Sol meydanında təşkil olunmuş düşərgə formasını almışdır. Baş nazir Pedro Sançesin parlamentdən mənzil yardımı paketini keçirmək cəhdi ifrat sağçı və mərkəz-sağ qüvvələrin müqaviməti səbəbindən uğursuz olmuşdur. Daha sonra noyabrın 29-na növbədənkənar seçkilər təyin edilmişdir.
İstinadlar Kateqoriya:Avropada üsyanlar
Kateqoriya:XXI əsrdə Avropa Kateqoriya:2026-cı ildə Avropa