Viktor Şarl Lui Broşar (; ) — fransız filosofu və fəlsəfə tarixi tədqiqatçısı. O, neokantçılıq cərəyanının tərəfdarı olmuş və Şarl Renuvyenin təsirinə məruz qalmışdır.

Həyatı Viktor Broşar Kenoa-sür-Deul şəhərində anadan olmuşdur. 1868-ci ildə Ali Normal Məktəbə daxil olmuş, 1872-ci ildə isə Po şəhərindəki liseydə fəlsəfə professoru təyin edilmişdir.

Bir sıra digər liseylərdə çalışdıqdan sonra 1886-cı ildə Ali Normal Məktəbdə mühazirəçi vəzifəsinə təyin olunmuşdur. Bir neçə il sonra Sorbonna Universitetində qədim fəlsəfə tarixi professoru olmuşdur.François Pillon, 'Victor Brochard (1848-1907): Notice nécrologique, Année philosophique, XVIII, 1907, s. 285–286.

Broşar Paris şəhərində vəfat etmişdir.

Fridrix Nitsşe Broşarın qədim yunan skeptisizmi — Pirronizm haqqında kitabını diqqətlə oxumuş və əsərdən geniş istifadə etmişdir.Andreas Urs Sommer: Nihilism and Skepticism in Nietzsche, in: Keith Ansell Pearson (ed.), A Companion to Nietzsche, Oxford 2006, s. 250–269.

Əsərləri De l'erreur, 1879. (red.) Rene Dekartın Discours de la méthode əsəri, 1883. Les sceptiques grecs, 1887. Études de philosophie ancienne et de philosophie moderne, 1912.

Həmçinin bax Jül Laşelye

İstinadlar

Kateqoriya:Fəlsəfə tarixçiləri Kateqoriya:Fransızlar Kateqoriya:Paris Universitetinin müəllimləri Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları