Prussiyalı Luiz Ferdinand Fridrix Vilhelm Hubertus Mixail Kiril (; ) — Hohensollern şahzadəsi, tarixçi.

Həyatı 9 fevral 1939-cu ildə Berlində dünyaya gəldi. Atası son Prussiya kralı və Alman imperatoru II Vilhelmin nəvəsi vəliəhd Luiz Ferdinand, anası isə böyük knyaz Kiril Vladimiroviçin qızı Kira Kirilovnadır. Sürgündəki imperatorun ilk nəticəsi idi və hələ 2 yaşında ikən imperator vəfat etdi.

İkinci Dünya müharibəsinin ardından 1947-ci ildə Bremendə məskunlaşdılar. Burada dövlət gimnaziyasında təhsil aldıqdan sonra Erlangen–Nürnberq Universitetində tarix üzrə təhsilini davam etdirdi. Babası vəliəhd-şahzadə Vilhelmin 1951-ci ildə vəfatından sonra atası Hohensollern sülaləsinin ailə başçısı ünvanını aldı.

1971-ci ilin fevralında doktorantura işini müdafiə etdi. Ertəsi il doktorantura işi plagiat iddiasıyla ləğv edildikdən sonra 1981-ci ildə yeni bir doktorantura işiylə Münxen Lüdviq-Maksimilian Universitetindən doktorantura dərəcəsi qazandı.

22 avqust 1967-ci ildə Plöndə Valtraud Freydaqla evləndi. Bu evlilik qeyri-monarxial evlilik olduğu üçün atası Luiz Ferdinand tərəfindən taxt hüququndan məhrum edildi. Cütlüyün bu nigahdan bir oğlu doğulsa da, 1975-ci ildə boşandılar.

İkinci evliliyi 23 aprel 1976-cı ildə Hohensollern qəsrində Ehrenqard İnseya Yelizaveta von Redenlə baş tutdu. Bu nigahdan 3 övladı doğulsa da, 2002-ci ildə boşandılar.

Üçüncü evliliyi isə 23 mart 2004-cü ildə Sibilya Qabriela Kretşmerlə baş tutdu. Bu nigahdan övladı olmadı.

Ard-arda etdiyi qeyri-monarxial evliliklər səbəbilə, taxt hüququndan məhrum edilmişdi. Bu səbəblə 1994-cü ildə atasının vəfatından sonra kiçik qardaşının oğlu Georq Fridrix Hohensollern sülaləsinin ailə başçısı ünvanını miras aldı.

29 sentyabr 2015-ci ildə Berlində vəfat etdi.

Şəcərəsi

İlk evliliyi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriFilipp Kiril Fridrix Vilhelm Morits Boris Tanko23 aprel 1968 - (58 yaşında)Anna Kristina Soltay (2 iyul 1994)Paul Vilhelm Filipp Fridrix Alois İohannes Mose (1995-)Mariya Luiza Anna Helena Culya Marqarita Yelizaveta (1997-)Yelizaveta Kristina Filina Sesilya Anneqrat Salom Mariya (1998-)Anna Sofiya Fila Vilhelmina Amaliya Yelizaveta Maria (2001-)İohanna Amaliya Kira Filippa Roza Yelizaveta Mariya (2002)Timoti Fridrix (2005-)

İkinci evliliyi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriFridrix Vilhelm Lüdviq Ferdinand Kiril16 avqust 1979 - (47 yaşında)Anna Katerina Freyn von Salza (30 aprel 2009)Fridrix Vilhelm (2012-)Şarlotta (2016-)Viktoriya Luiza Kira Ehrenqard2 may 1982 - (44 yaşında)Layninqenli Ferdinand (16 sentyabr 2017)Aleksandra Viktoriya Luiza Ehrenqard (2020-)Feodora (2021-)İoaxim Albert Bernhard Kristian Ernest26 iyun 1984 - (42 yaşında)Angelina zu Solms (29 iyun 2019)Georgina (2018-)Kaspian Fridrix İoaxim Albert (2021-)

Mənbə

Ədəbiyyat

Petropoulos, Jonathan. (2006) Royals and the Reich: The Princes Von Hessen in Nazi Germany. Page 242. Published - Oxford University Press. ISBN 0-19-516133-5 Eilers, Marlene A. (1987). Queen Victoria's Descendants. Baltimore: Genealogical Publishing Co. ISBN 978-0-8063-1202-6 MacDonogh, Giles (2003). The Last Kaiser: The Life of Wilhelm II. New York City: St. Martin's Griffin. ISBN 978-0-312-30557-4 Zeepvat, Charlotte (2003). Queen Victoria's Family: A Century of Photographs. Gloucestershire: Sutton Publishing. ISBN 978-0-7509-3059-8

İstinadlar

Kateqoriya:Prussiya şahzadələri