Abbasqulular (keçmiş adı Şurakənd) — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi dairəsində kənd. 11 iyun 2002-ci il tarixli 341-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi vahidi tərkibindəki Şurakənd kəndi Abbasqulular kəndi adlandırılmışdır.
Tarixi Gəncə-Qazax düzənliyində yerləşən yaşayış məntəqəsini 1928-ci ildə Cənubi Azərbaycandan rəncbərlik etmək üçün gələnlər salmışlar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427 Sonralar Sovet hökumətinin şərəfinə (rusca "sovet" sözünün azərbaycanca "şura" şəklində tərcümə edilməsi ilə) kənd Şurakənd adlandırılmışdı.
2002-ci ildən kənd Abbasqulular kimi rəsmiləşdirilmişdir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 537 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Goranboy rayonunun kəndləri