Peştətük (əvvəlki adı: 37-ci Kilometr) — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Vizəzəmin kənd Sovetinin 37-ci Kilometr kəndi Peştətük kəndi adlandırılmışdır.
Toponimikası Oykonim talış dilindəki peştə (təpə, yüksəklik, zirvə) və tük (bicar, çəltik, əkin) sözlərindən düzəlib, "dağ ətəyində əkin sahəsi" mənasındadır.
Tarixi
Əhalisi Əhalisi 215 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Lerik rayonunun kəndləri