Cəyirli — Azərbaycan Respublikasının Göyçay rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd.

Toponomikası Cəyirli yaşayış məntəqəsinin Şamaxı rayonun Cəyirli kəndindən ayrılıb gəlmiş ailələr burada saldığı üçün kənd belə adlandırılmışdır. Cəyirli – qəadim türk mənşəli tayfadır. Oykonim “cəyirli” türkdilli tayfasının adını özündə əks etdirir.

Coğrafiyası Rayon mərkəzindən cənubda, Göyçay çayı sahilində, Göyçay – Ucar avtomobil yolu üzərində, Şirvan düzündə yerləşir.

Əhalisi Əhalisinin sayı 1258 (2009) nəfərdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Məşğuliyyəti Kənd əhalisi əsasən heyvandarlıq, üzümçülük, taxılçılıq, pambıqçılıq və bağçılıqla məşğul olur.

Faydalı qazıntıları Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır.

Həmçinin bax Kürdəmiş Qubadlı Şıxlı Türkmən (Göyçay)

İstinadlar

Kateqoriya:Göyçay rayonunun kəndləri