Artupa — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairasində kənd.
Xəzər dənizindən bir qədər aralı, Lənkəran ovalığındadır. Oykonim art və upa (oba) sözlərindən düzəlib, "dağ aşırımında salınan oba, kənd" deməkdir."Encyclopedic dictionary of toponyms of Azerbaijan". In two volumes. I cild. Baku, "East-West", 2007, p.67
Etimologiyası Oykonim türk mənşəli art (arta) "dağ keçidi" və "upa" (oba) sözlərindəndir.Academician Budag Budagov's Personal Web Portal - Explanatory Dictionary of Toponyms of Lankaran Region of Azerbaijan
Mədəniyyəti Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, çayxana, məscid var.
Din Kənd sakinləri tərəfindən kənddə hicri qəməri təqvimi ilə 1303-cü ildə (1886-cı il) məscid tikilib. Hazırda kənddə Artupa kənd məscidi dini icması fəaliyyət göstərir.MUSLIM RELIGIOUS COMMUNITIES — Those registered in 2016 . scwra.gov.az
Coğrafiyası və iqlimi Rayon mərkəzindən 4 km şimal-qərbdə, Xəzər dənizindən 4 km, Ələt — Astara avtomobil yolundan 1,5 km aralı, Lənkəran ovalığındadir.
Tanınmış şəxslər İsgəndər Quliyev (1938–2024) — Azərbaycan Milli Məclisinin II çağırış deputatı. Şücaət Rzayev (2001) — şair.
İqtisadiyyatı Çəltikçilik, çayçılıq və maldarlıqla məşğuldur. 2 düyü dəyirmanı var.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri