Bili — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd.
Bili Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Toponim tat dilindəki bil (sucaq, bataqlıq sözündən) və -i topoformantının birləşməsindən ibarət "bataqlıq yerdə salınmış kənd" mənalı soz kimi izah olunur. Yerli əhalinin dilində bili "ördək" mənasında işlənir. Bu baxımdan oykonim Zəngilan rayonundakı Ördəkli oykoniminin sinonimidir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 136
Etimologiyası Oykonim "bil" — talış dilində bataqlıq və "i" topoformantının birləşməsindəndir (Bataqlı kənd).Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
İstinadlar
Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri