Avyarud — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.

Avyarud Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd, Dağətəyi ərazidədir. Oykonimin Talış dilindəki avya (çəmən, biçənək; açıq yer) və rud (çay) sözlərindən düzəldiyi ehtimal olunur. Qədim türk yazılı abidələrinin dilində avya "abır-həya"; "heyva" mənalarını ifadə edir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.91

Etimologiyası Coğrafi ad talış dilindəki əvu "alça", "ya" izafət əlaməti və rud "çay" komponentlərindən ibarət olub, ətrafında cır alça ağacları olan çay və ya çay kənarındakı kənd mənasındadır.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

İstinadlar

Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri