Azaru — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd.

Azaru Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 95

Etimologiyası Talış dilində azu (asu) "sürətli" və rud "çay" sözlərindən olub "iti axan çay" (İtiçay) və ya çay kənarındakı kənd mənasındadır.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

Tanınmış şəxslər

Şəhidləri Pəncəli Teymurov (1981–2016) — Azərbaycanın Milli Qəhrəmanı.

İstinadlar

Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri