Asxanakəran — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd.

Asxanakəran Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. BəŞərü çayının sol sahilində, Peştəsər silsiləsinin ətəyindədir. Türk dillərində as sözünun "qartal", "qədim alanların adı", "qamış" mənalarında işlənməsi məlumdur. Lakin Azərbaycan dilinin dialektlərində as "əs, əks-səda, səs-kuy" mənalarını da ifadə edir. Kəndin yerləşdiyi coğrafi Şərait onun adının "qartal" və ya "əks-səda" sözləri ilə bağlı olduğunu söyləməyə imkan verir. Xana və kəran sözlərinin hər ikisi yaşayış məntəqəsi bildirən toponimik terminlərdir. Bəzi tədqiqatçılar toponimi Talış dilinin materialları əsasında "dəmirçi evləri" kimi də izah edirlər."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 68

Etimologiyası Asxana talış dilində "dəmirçi", "kəran" yaşayış yeri deməkdir (Dəmirçilər kəndi).Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

Tanınmış şəxslər

İstinadlar

Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri