"Sevgi yolları ilə" () — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib.

Musiqi Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib.

Məzmun

Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir. Priya Çopra isə varlı ailədən olan dizaynerdir. Priya mənşəcə Yunanıstandandır və xalası Anna ilə yaşayır. Bəs görəsən bu iki fərqli insan necə bir-birilərini sevə bilərlər?

Filmin heyəti

Filmin üzərində İşləyənlər Ssenari müəllifləri: Əziz Mirzə, Robin Bhatt, Pramod Şarma, Rumi Cefferi, Aşiş Kariya Rejissor: Əziz Mirzə Operator: Aşok Mehta Prodüserlər: Cuhi Çavla, Şahrux Xan, Əziz Mirzə Bəstəkarlar: Catin-Lalit, Adeş Şrivastav

Rollarda Şahrux Xan – Rac Malhotra Rani Mukherci – Priya Çopra Caş Arora – Samir Lillit Dubi – Anna Satiş Şah Bobbi Darlinq Conni Lever – Nandu

Xarici keçidlər

Kateqoriya:Hindistan filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:2003-cü ilin filmləri Kateqoriya:Yunanıstan haqqında filmlər Kateqoriya:Jatin-Lalitin bəstəkarı olduğu filmlər Kateqoriya:Hindistanın dram filmləri Kateqoriya:UTV Motion Pictures filmləri