Nilaq ( / Neyləq ) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Nilaq Kosar şəhristanının Mərkəzi bəxşinin Qərbi Səncəbəd kəndistanında yerləşir.

2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 709 nəfər (kişilər: 358 nəfər - qadınlar: 351 nəfər) olmuşdur. Kənddə 143 ailə yaşayır.Kəndin əhalisi Azərbaycan türkləri dir və Azərbaycan türkçəsində danışırlar.N.Süleymani,"Givi tarix aynasında",Bağe rizvan Nəşriyyatı,Ərdəbil,2008 ci il ISBN 978-964-8358-65-0

Coğrafiyası Ərdəbildən 85 km cənub-qərbdə, Givi şəhərindən 17 km qərbdə, 37° 42' 10.18" şimal enində və 48° 11' 57.10" şərq uzunluğunda, dəniz səviyyəsindən 1395 m yüksəklikdə yerləşir. Şimaldan Nəsrava, Şimal-şərqdən Gəncah, Şimal-qərbdən Təbrizək, cənub-şərqdən Hiris, qərbdən isə Üçbulaq, Bağçacıq, Pirbidağ və Pərdəsti kəndləri ilə əhatə olunub.

Əhali Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar.N.Süleymani,"Givi tarix aynasında",Bağe rizvan Nəşriyyatı, Ərdəbil, 2008-ci il ISBN 978-964-8358-65-0

İqtisadiyyatı Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur.

Təhsilin vəziyyəti Kənddə ibtidai və orta məktəb fəaliyyət göstərir.

Din Kənd əhalisinin 100% müsəlmandır və hamısı şiə təriqətinə (İsnə Əşəriyyə) məxsusdur.

Kəndin panoraması thumb|750px|center|Leylə kəndinin panoraması

İstinadlar

Mənbə Tageo

Kateqoriya:Kövsər şəhristanının kəndləri