thumb|Ziziphus jujuba () — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Dünyanın bir sıra ölkələrində təbii və yabanı şəkildə rast gəlinir.
Botaniki xarakteristikası 6–8 m hündürlükdə yarpağını tökən kiçik ağac və koldur. Yarpaqları növbəlidir. Dairəvi yarpaqların qaidə hissəsində 2 ədəd tikana çevrilmiş yarpaqaltlıqları və çiçək qrupu yerləşir. Çiçəkləri 2 cinsli, 5 üzvlüdür. Ulduzvarı və görkəmsizdir, kasacığı nəlbəkivaridir. Geniş üçbucaq formalı, dilimlidir. Ləçəkləri xırda, enli, qaşıqvarı, erkəkcikləri əhatə edəndir. Sütuncuğu 1–2, bəzən 3 bölümlüdür. Yumurtalığı 2-dir, bəzən 3–4 yuvalıdır. Meyvəsi çəyirdəkmeyvəyə oxşardır, ətli, şirəli, izokarplıdır. Toxumları hamar, şırımsızdır. Oduncağı sıx və möhkəmdir, nüvə və canlı oduncağa ayrılmayandır, seyrək boruludur, qırmızımtıl-qonur və ya qırmmızıdır.
Ekologiyası Günəşli yerləri və yaxşı drenajlı torpaqları sevir.
Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazda, Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi Qida bitkisidir. Meyvələrindən mebel sənayesində, yeyintidə, təbabətdə və s. sahələrdə geniş istifadə olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Tropik Asiya florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:İran mətbəxi Kateqoriya:Asiya mənşəli meyvələr