Dərk — Azərbaycan Respublikasının Quba rayonunun Yerfi kənd inzibati ərazi dairəsində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir.

Tarixi Dərk kəndi qədim tarixə malikdir. Kənddəki yaşlı nəsilin söylədiyinə görə buralar əvvəllər yaylaq yeri olub. Yollar çəkildikdən sonra, əhali çoxalıb və kənd salınıb.

Toponimikası Dərk oyk., sadə. Baba çayının sahilində, Yan silsiləsindədir. Çox vaxt Dərgavar variantında qeydə alınır. Oykonim dərk (bənd, körpü) və var/vər (qarşı tərəf) komponentlərindən düzəlib, "körpünün, bəndin qarşı tərəfi" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Coğrafiyası Kənd Həzrət Baba ziyarətgahının ətəyində olduğu üçün kənddən oraya yol var. Buna görə də yayda buraya qonaqların axını çoxalır. Vəlvələçayın mənbəyi buradan başlayır.

Əhalisi Kənd 32 ev və 150 nəfərdən ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 186 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Təhsil Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Quba rayonu Dərk kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az .

Mədəniyyəti Kənddə 1 məktəb,1 kitabxana və mədəniyyət evi var.

İqtisadiyyatı Kəndin əhalisi maldarlıq, qoyunçuluq və arıçılıqla məşğuldur.

Həmçinin bax Quba rayonu Yerfi

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri