Mehdi bəy Eynalı bəy oğlu Sultanov () — Azərbaycanın Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik.

Həyatı

1880-ci ildə Gəncədə anadan olub. Cümhuriyyət ordusunun sıralarında 1918-ci ildən xidmət edirdi. 1919-cu il yanvarın 4-də hərbi nazirin əmri ilə podpolkovnik Sultanov Ləki topçu anbarının rəisi təyin edildi. Azərbaycan Hökumətinin 1919-cu il 24 noyabr tarixli qərarı ilə ona polkovnik rütbəsi verilmişdi. Hərbi nazirin 1920-ci il 9 yanvar tarixli əmri ilə o, 6-cı Göyçay piyada alayının komandiri təyin edilmişdi. Altıncı Göyçay piyada polkunun (Bayılda yerləşirdi – Ş.N.) komandiri. 1920-ci ildə bolşevik istilasından sonra Azərbaycan diviziyasında üçüncü alayın komandiri olmuşdur. 1926-cı ildə Gəncədə gizli fəaliyyət göstərən müsavat hərbi təşkilatının üzvü olduğuna görə on il müddətinə Solovetsk həbs düşərgəsinə sürgün edilmişdir. 1937-ci il iyulun 26-da Azərbaycan Xalq Daxili İşlər Komissarlığı xüsusi üçlüyünün qərarı ilə güllələnmişdir.

Ədəbiyyat Nəzirli Ş., Arxivlərin sirri açılır. B., 1994. Süleymanov M., Azərbaycan ordusu (1918-1920). B., 1998.

Həmçinin bax

Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Azərbaycanlı polkovniklər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Solovkiyə sürgün olunanlar