Andjey Vitold Vayda (; ) — Polşanın tanınmış kino və teatr rejissoru.
Həyatı
Andjey Vayda 6 mart 1926-cı ildə Polşanın şimalında yerləşən Suvalki şəhərində anadan olmuşdur. Onun atası Yaqub Vayda at artilleriyasının zabiti idi. 1939-cu ildə Sovet əsirliyinə düşmüş və güllələnmişdir. Andjeyin anası isə məktəbdə müəllim işləyirdi.
O, Almaniyanın Polşanı işğal etməsi ərəfəsində orta məktəbin 7-ci sinfini bitirə bilir. Vayda müharibədə çertyojçu, yükdaşıyan fəhlə, alman emalatxanalarında anbardar işləyir. Bu işlər onu Reyxdə məcburi əməkdən xilas etdi. Müharibədən sonra Krakovda yerləşən Təsviri sənət akademiyasında rəssamlıq təhsili alır. Lakin kursu qurtarmayaraq Lodz kino məktəbinin rejissorluq kursuna daxil olmuşdur.
Andjey Vayda təhsil aldığı illərdə Aleksandr Fordun filmində ikinci rejissor kimi çalışır. 1954-cü ildə kino məktəbindəki təhsilini uğurla başa vuran Vayda "Nəsil" filmilə öz debüt işini ortaya qoyur.
Andjey Vaydanın daha geniş tanınması "Kanal" filmindən sonra baş verdi. Bu film bir çox mükafatlara layiq görüldü. Hətta bu ekran işi 1957-ci ildə nüfuzlu Kann Beynəlxalq kinofestivalında xüsusi mükafat qazanır. Bu filmin ardınca çəkdiyi "Kül və almaz" filmi həmin dövrün ən uğurlu lentlərindən sayılırdı. Bu film yazıçı Yeji Anceyevskinin romanı əsasında çəkilmişdir. Bundan sonra da Andjey Vayda öz filmlərində müharibə mövzusunu davam etdirir.
Komediya janrı Andjey Vayda yaradıcılığına o qədər də yaxın deyildi. Lakin rejissor "Günahsız sehrbazlar" və "Milçək ovu" adlı iki filmində bu janra da toxunmuşdur.
Andjey Vayda 1987-ci ildə Kioto mükafatını qazandıqdan sonra o, bütün məbləği Krakovda yapon incəsənəti muzeyinə xərcləməyi qərara alır. Bu layihəni yapon memarı Arata İsodzaki pulsuz hazırlayır. Adı çəkilən bu muzey 30 noyabr 1994-cü ildən açıq elan edilmişdir.
10 avqust 2010-cu ildə mədəniyyət sahəsində rus-polyak münasibətlərinin inkişafında böyük əməyinə görə Rusiyanın "Dostluq" ordeni ilə təltif olunmuşdurУказ Президента Российской Федерации от 10 августа 2010 года № 996.
Böyük rejissor 9 oktyabr 2016-cı ildə 90 yaşında Varşavada vəfat edib.
Filmoqrafiya
Kanal (film, 1956) / Kanał Dirijor (film, 1980) / Dyrygent
İstinadlar
Kateqoriya:Polşa kinorejissorları Kateqoriya:Anje Vaydanın filmləri Kateqoriya:2016-cı ildə vəfat edənlər Kateqoriya:Fəxri "Oskar" mükafatı laureatları Kateqoriya:Varşavada vəfat edənlər Kateqoriya:Sezar mükafatı laureatları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:XXI əsr teatr rejissorları