Svetlana Medvedeva — Rusiyanın keçmiş birinci xanımı.
Svetlana Vladimirovna Medvedeva hərbçi ailəsində, Leninqrad vilayətində 1965-ci ildə doğulub.
Qız familiyası Linnik olub. Orta məktəbi Kupchinoda oxuyub. Elə burada da paralel sinifdə oxuyan gələcək əri Dmitri Medvedev ilə tanış olub. 1989-cu ildə onlar evləniblər. 1996-cı ildə onların oğlu İlya doğulub. Oğul İlya kompüteri və futbolu xoşlayır.
Svetlana Medvedeva Maliyyə və İqtisad institutunun statistika fakültəsini bitirib. Ancaq ixtisası üzrə az işləyib. Sankt-Peterburqda müxtəlif ictimai hərəkətlərin təşkilatında çalışıb.
Medvedeva hal-hazırda Moskvada 367,8 kvadrat metrlik mənzilə sahibdir. 2 qarajı və bir "Folsvagen Qolf" avtomobili də varBirinci xanımlar fotolarda — Svetlana Medvedeva. qafqazinfo.az.
İstinadlar
Kateqoriya:Rusiyanın birinci xanımları Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:Rusiya pravoslavları Kateqoriya:Rusiya siyasətçiləri