Manna toponimləri – Manna ərazisində yayaılmış toponimlər. Həmin toponimlərinin bir çoxu bu gün də tarixi Azərbaycan ərazisində qalmaqdadır.

Manna tarixindən yazmış bütün tədqiqatçılar Assur və Urartu mənbələrində çəkilmiş Manna toponimlərinin bir hissəsinin qədim Şərq dillərində olmadığını söyləyərək izahını verə bilməmiş və onları qədim yerli adlar adlandıraraq üstündən keçmişlər. Əsasən asur mənbələrində çəkildiklərinə görə bu adlar həmin dilin fonetik qanunlarına tabe edilmiş və nəticədə, yerli formaları fonetik dəyişikliyə uğramışdır. Manna və Midiya adlarının Qədim Şərq dillərinin fonetikasına uyğun şəkildə gəlib çatması da onların həqiqi formalarını müəyyən etməyə çətinlik yaratmışdır. Çətinliklərdən biri də odur ki, assur dilində adların sonlarına əlavə olunan "u" adlıq hal şəkilçisini bəzi adlarda köklü "u" sonluğundan ayırmaq çətinliyə səbəb olmuşdur.

P a r s i n d u – E. A. Qrantovski bu adı İranmənşəli saymış və onu Fars (Pars) etnonimi ilə bağlamışdır.Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970 Q. Qeybullayev isə qeyd edir ki, mənbədə, Parsindunun Ameka adlı bir hakimin qalası olması deyilir. Ehtimal ki, bu qala er. əv. 820-ci ildə Midiyada qeyd olunan Parsan (bəlkə də Parsin) qalasının eynidir. Türkcə bair, bayir təpə, yüksəklik, yarğan, sıldırım (buryat-monqolca boori hündür yer, yüksəklikМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 64, sin dağ beli yaxud, çin(q) çox hallarda şaquli sıldırımlı yayla, sıldırım, sıldırım dağ yarğanı və tu dağ sözlərindəndir. Aydındır ki, qala çətin keçidli, sıldırım yerlərdə tikilə bilərdi. Toponimin birinci komponenti Çal-Bair (Kəlbəcər rayonu), Qızıl-Bair (Zəngəzurun Mehri rayonu), Çil-Bair (Şamaxı rayonu) dağ adlarındakı bair sözü ilə, ikinci komponenti isə Cindağ (Ordubad rayonu) oronimindəki "çin" sözü ilə müqayisə olunur. Parsindu qalasının adı ehtimal ki, Cənubi Azərbaycanda Mərənd şəhərinin 12 kilometrliyində xarabalıqları qalmaqda olan Baruc adlı qalanınFazili A. Atropatena. Er. əv. IV — er. VIIəsri. Bakı, 1992 adında qalmışdır. Bu qalanın türk əfsanəvi Əfrasiabın tikdirdiyi Barcuq qalasının adı ilə (erkən orta əsrlərdə uyğurlarda Barçuk-Yurt toponimi məlumdur)Малявкин А. Г. Уйгурское государство в IX–XII вв. М, səh 154 oxşarlığı da diqqəti cəlb edir. Yaqut Həməvi (XIII əsr) yazır ki, Səfidrud çayı Parsis dağlarından başlanır.Якут аль-Хамави. Муджам ал-Булдан (сведение об Азербайджане). Хамдаллах Казвини. Нузхат ал Кулуб (сведение об Азербайджане). Баку, 1983 Ehtimal ki, müəllifin "Parsis" kimi qeyd etdiyi oronim əslində "Parsin" kimi oxunmalıdır, başqa sözlə, katiblərin səhvi üzündən adın sonundakı "n" (nun) səsi "s" (sin) kimi yazılmışdır.

B a r a – Y. B. Yusifov mətndən çıxış edərək bu toponimi türkcə bərə (qoyun-quzu saxlanılan yer) sözü hesab etmişdirЮсифов Ю. Б. Об актуальных проблемах этнической истории Азербайджана. "Проблемы изучения источников по истории Азербай джана". Баку, 1988, səh 18. Sonrakı assur mənbələrində Manna və Midiya ərazisində Barrua (er. əv. 728-ci il), Uba-Bara (er. 714-cü il), Barunakka və b. toponimlər də çəkilir. E. A. Qrantovskiyə görə, bu toponimlər Bara tayfasının adını əks etdirirГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 126. Savalan dağının ətəyində indi də əhalisi türk-azərbaycanlılardan ibarət Baru kəndi vardır.

A r a k d i – Er. 881-ci ildə Assur çarı Aşşurnasirpal Urmiya gölünün ətrafına basqın edir və Ata adlı hakimin Arakdi qalasını tutur. Toponim iki cür izah olunur. Türkcə erik, xalxa-monqolca ereq, buryatca erye, kalmıkca erqe (sıldırım, yarğan, uçurum – (qayanın, dağın) kənarı, sahiliМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 638–639 sözündən və – di(-li) şəkilçisindən ibarətdir. Er. əv. 728-ci ildə adı çəkilən Arakuttu toponimi də belə izah edilə bilər.

S a n q i u – Müasir Səhənd dağı ilə lokalizə olunur. E. Qrantovskiyə görə, Avesta dilində sanqha – əmr sözündəndirГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970 , səh 229. Prof. Q. Qeybullayev qeyd edir ki, aydındır ki, əmr, göstəriş sözündən heç vaxt toponim yaranmaz, bu müəllifin Manna və Midiya ərazisində İran mənşəli əhali axtarmaq təşəbbüsündən irəli gəlir. Türkcə çanq, çınq (türk dillərində ç-s əvəzlənməsinə görə sanq, sınq) sıldırım dağ yarğanı, əlçatmaz dağ, çətin alınan zirvəМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 626 sözündəndir. Altayda Sanqin-DalayИстория Тувы. М., 1964, səh 201 toponimi ilə müqayisə olunur. Hazırda Səhəndabad mahalında Çinibulaq adlı Azərbaycan kəndi vardır.

S u r i k a ş – Türkcə sori – alçaq, hamar dağ beli, iki dağ zirvəsini birləşdirən dağ keçidiМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 517 və kaş – qaya, dağ çıxıntısı, kənar, sahilДревнетюркский словарь, М., 1969 , səh 431 sözlərindəndir. Cənubi Azərbaycanda Süleymaniyyə yaxınlığında indi Suridaş adlı kənd vardır. Balakən rayonundakı Soorqaş dağının adı ilə müqayisə olunur.

U i ş d i ş – Y. B. Yusifov bu toponimi türkcə Bişdiş (Beş diş) hesab edir və beş diş formalı qayası olan dağ kimi mənalandırırЮсифов Ю. Б. Топонимы и этническая история древнего Азербайджапа. "Материалы конференции о проблемах Азербайджанского ономастики". Баку, 1986, səh 107. O, Həmdullah Qəzvininin XIV əsr qeyd etdiyi Beşbarmaq dağının adına əsaslanır.

E r e ş t e y a n a – Araz çayının adından və türkcə tey – təpə, qabarıqМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 548 sözlərindəndir. Ereşteyana toponimi Arazdöyən (Cənubi Azərbaycanda Arazbaran mahalı adının məhz qədim Arazdöyən adından alınması, döyən sözünün farsca bəran- sahil, kənar sözü ilə əvəzlənməsidir) və Şimali Azərbaycandakı Arazdöyən adının asur dilində yazılmış forması hesab edilir. Qeyd edilməlidir ki, toponimin Ereş forması indi də Cənubi Azərbaycanda Eris (danışıqda əvvəlinə h səsinin əlavəsi ilə heris) adlanır.

A r s i a n ş i – Mixi yazıda qeyd edilir ki, Arsiyanşi Arsi dağının yanında yerləşir. Buna uyğun olaraq Y. B. Yusifov toponimi Arsi enişi, Arsi yanı kənd kimi mənalandırır. Q. Qeybullayev isə qeyd edir ki, ad türkcə arça – ardıc kolu, şam ağaclığı və enşi – malikanə, padşahlıq mülküСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I, səh 361 sözlərindəndir. Urartu mənbələrindən Urmiya gölü ətrafında Harsi, Arsita və Arsindu toponimləri də məlumdur. Cənubi Azərbaycanda Savalan dağının ərazisində Ərçə, Ərçistan, Əcir, Ərcan və b.yaşayış məntəqələrinin adları ilə müqayisə oluna bilər.

D u r d u k k a (Zurzukka, Sirdakka, Zirdakka variantları da vardır) – Mannada bir qalanın adı. Toponimin müxtəlif yazılış formaları onun əslinin müəyyən olunmasını çətinləşdirir. Durdukka (asur dilində k səsinin qoşalaşdırılması ilə) ehtimal ki, türkcə tur, tura – dayanacaq, düşərgə, şəhər sözündən və – duk (-luk) şəkilçisindən ibarətdir. Sirdakka (Zirdakka) forması ilə türkcə sirt – dağ beli və dağ (taq) dağ sözlərindən ola bilər.

S u k k a – Mannada bir qalanın adı. Türkcə çoku (özbəkcə çukki, qazaxca şoki), konusvarı yüksəklik, dağın şiş zirvəsi, təpəsiМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 618 sözündəndir.

A b i t i k n a – Mannada bir qalanın adı. Naməlum ba və türkcə tiqey – dağ zirvəsi, təpəМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 552 sözündəndir.

U a ş d i r i k k a – Mannada bir qalanın adı. Y. B. Yusifov Baş darak kimi bərpa edir və onu dişli dağ kimi mənalandırırЮсифов Ю. Б. Киммеры, скифы и саки в древнем Азербайджане "Кавказско-ближневосточный сборник". VIII, Тбилиси, 1988, səh 93. Q. Qeybullayevə görə isə, toponim türkcə yoğuş – "yoxuş" və terek – dişli dağ zirvəsiМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 330 sözlərindəndir. Altayda Tas-Terek, Krımda Tarak-Daş, Tuvada Saaday-Terek toponimləri ilə müqayisə olunur. Quruluşca Həmdullah Qəzvininin (XIV əsr) qeyd etdiyi Təbriz yaxınlığındakı Culandarak toponimi ilə eynidir.

İ z i r t a – Mannada bir şəhərin adı. Türkcə izir, izer – aşırım, dağ keçidi, dağ çökəyiМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 230 və tay – tərəf sözlərindəndir. Altayda (Xakasiyada) İzertaq və İzir-Su toponimləri ilə müqailə müqayisə olunur. Y. B. Yusifov qədim toponimlərdə ta komponentini türk dillərindəki too, tuu (dağ) sözü ilə bağlayırЮсифов Ю. Б. Ранние контакты Месопотамии с северо-восточными странами (Приурмийская зона). ВДИ, 1987, № 1, səh 21–22. Manna və Midiya toponimlərinin bəziləri (Arsita, İzirta, Meista, Parta, Şurda və b.) üçün "ta" sonluğu səciyyəvidir. Q. Qeybullayevə görə bu komponent türkcə "tay" sözündən ibarətdir. Quruluşca bu toponimlər, məsələn, Krımda türkmənşəli Yalta toponimi ilə eynidir. O. T. Molçanova Orta Asiya və Altay toponimiyasında tay sözünə xüsusi tədqiqat həsr etmişdir. O yazır ki, Yakutiyadan Qazaxıstanın və Özbəkistanın qərb əyalətlərinə qədər toponimlərdə yayılmış bu söz tərəf, yer mənasındadırМолчанова О, Т. Элемент "тай" в топономии Средней Азии и смежных территорий. "Ономастика Средней Азии". М., 1978, səh 81. V. V. Bartolda görə, qədim türk toponimlərində (məsələn, Altay) bu söz ölkə anlamını ifadə edir.Бартольд. Сочинение, т. V. М., 1968

U a u ş – Mannada bir dağın adı. Assur mənbəyində bu dağ əlçatmaz (sıldırım mənasında) dağ adlandırılır. İ. M. Dyakonova görə, indiki Səhənd dağının bir hissəsinin adıdırДьяконов И. М. История Мидии. М. — Л., 1956, səh 290. Ehtimal ki, oronim qədim türk dillərindəki yoquş (yoxuş), yəni dağ zirvəsi, yüksəklik, yaxud youş, yəni pis, düşmənРадлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV, III, I, səh 20 sözlərinin təhrifidir. Q. Qeybullayevə görə İ. M. Dyakonovun Uauş dağını Səhəndlə lokalizə etməsi düz deyil. Savalanda indi də bir sıldırım dağ Yaş adlanmasına görə güman ki, assur mənbəyindəki Uauşdur.

A r m a i t i, U r m a y a t e – Mannada bir şəhər və mahal adı. Tarixi ədəbiyyatda çox vaxt Urmiya gölünün adı ilə əlaqələndirilir. Ərəb mənbələrində Cənubi Azərbaycan ərazisində Urmiya və Urm adında iki yaşayış məntəqəsi qeyd olunmuşdur. Ehtimal ki, Urmiya şəhərinin adı Mannadakı Urmeyate toponiminin qısaldılmış formasıdır. Q. Qeybullayevə görə, türk dillərindəki arım, irim, yəni fal, nişanə, əlamət, qabaqcadan xəbər verən, ovsun, cadu, sehrСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I, səh 666 və ata sözlərindən ibarətdir. Bəlkə də maqlara mənsub müqəddəs əyalət olmuşdur. Təsadüfi deyil ki, Urmu şəhəri Zərdüşt peyğəmbərin doğulduğu yer sayılır (İbn əl Fakih yazır: Maqlar güman edirlər ki, dinlərinin yaradıcısı Zərdüşt bu şəhərdəndir). Zaqatala rayonunda Armatian adlı dağ vardır ki, bu da maqların özləri ilə gətirdiyi toponim ola bilər. Gürcü mənbələrində bu bölgədə Movakan, X əsrə aid ərəb mənbəyində Muqkan adlı mahalın qeyd olunması da bunu təsdiqləyir. Y. B. Yusifov Assur mənbələrində adı çəkilən bir sıra Manna toponimlərini sadalamışdır.Юсифов Ю. Б. Топономия древнего Азербайджана в клиногных источниках. "Проблемы Азербайджанской ономастики". II, Б; 1983

S i n i x i n u – Asurca yazılış formasında sinix və in hissələrinə ayrılır (sondakı u asur dilində adlıq hal şəkilçisidir). Türkcə sinq, çinq (məsələn, qazaxca şınq, tuvaca şınq və s.), sıldırım dağ yarğanı, alınmaz dağ (Gədəbəy rayonunda Şınıx kəndinin adı da bu sözdəndir) və in, yarğan, çuxur, mağaraМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 234 sözlərindəndir.