Əli Quşçu (Osmanlı Türkçəsi: Ebu’l-Kasım Alaaddin Ali b. Muhammed el-Kuşçu) () — görkəmli Özbək astronomu, riyaziyyatçısı və dilşünası.
Həyatı thumb|right|225px|Ali Kuşçu, Uluğ Bəy rəsədxanasına müdir olub
Əsl adı, Əli bin Məhəməddir. Türk – İslam dünyasının böyük riyaziyyat, astronomiya, mexanika, dil, bəlağət və kəlam alimi olan Əli Quşçu, XV əsrin əvvəllərində 1403-cü ildə Səmərqənddə anadan olmuşdur. Atası Muhammed (Mahmud, Məhəmməd), məşhur türk sultanı və astronomu Uluq Bəyin Şahin başçısı olduğu üçün, ailəsi "Quşçu" ləqəbi ilə məşhur oldu.
1436–1439-cı illərdə Uluq Bəy Rəsədxanasına müdir olmuşdur.
1449-cu ildə Həccə getmək istədi. Lakin elə bu vaxt Teymurilər dövlətinin hökmdarı Əbdüllətif Əli Quşçunun edam edilməsi haqqında fərman verdi. Səmərqənddən qaçan Əli Quşçunu Təbrizdə Ağqoyunlu hökmdarı Uzun Həsən böyük ehtiramla qarşçladı. Ağqoyunlul və Osmanlı arasında ziddiyyətlər kəskinləşdikdə Uzun Həsən ondan Osmanlı sultanı Fateh Mehmet ilə sülhməramlı görüşmələrində yardım istədi. Əli Quşçu, Uzun Həsənin elçiliyini etdikdən sonra Fatehin dəvəti ilə ikinci dəfə İstanbula gəldi. Osmanlı – Ağqoyunlu sərhədboyunda II Mehmedin əmri ilə böyük bir mərasimlə qarşılanan Əli Quşçu, Ayasofya mədrəsəsinə 200 axça maaşla müdərris təyin edildi.
1473-cü il mart ayında Sahn-ı Seman Mədrəsəsindən (Fateh Mədrəsəsi) təqaüd almışdır.
16 dekabr 1474-cü ildə İstanbulda vəfat etmişdir. Məzarı Eyyub Sultandadır.
Təhsili Kiçik yaşlarından etibarən riyaziyyat və astronomiyaya maraq göstərən Əli Quşçu, dövrünün ən böyük elm adamları olan Bursalı Qadızadə Rumi, Qıyasəddin Cəmşid (Qiyas əl Kaşi) və Muinuddin Kaşidən riyaziyyat və astronomiya elmlərini öyrəndi.
Daha sonra təhsilini artırmaq üçün Uluq Bəydən icazəsiz Kirmana getdi. Burada "Hall-ü Eşkal-i Qəmər (Ay səhifələrinin açıqlanması) adlı risalə ilə "Şərhi-Təcrid" adlı əsərini yazdı. Kirmanda təhsilini tamamlayıb Səmərqəndə döndü və Uluq Bəyə Kirmanda dərc etdiyi risalələri təqdim edərək ona yardımçı olmuşdur.
Elm tarixi üçün əhəmiyyəti Riyaziyyat üçün; Hermetik-Pitaqorasçı mistisizmi
Astronomiya və optik üçün; Aristotelçi fizika və metafizik prinsipləri aydınlaşdırmağa çalışdı. Əl-Fəthiyyə
Kopernik (1473 – 1543)
Hoca Sinan Paşa, Molla Lütfi və Əli Quşçunun oğlu Mirim Çələbi (Mahmud B. Muhammed B. Muhammed B. Musa Qadızadə), Takiyüddin kimi alimlər onun dərslərində yetişmişdilər.
Osmanlı mədəniyyəti üçün əhəmiyyəti Osmanlı İmperiyası padşahı Fatih Sultan Məhəmməd (II Mehmed) adına qurulan ilk Osmanlı universiteti olan Fatih Mədrəsəsinin tədris planını qələmə aldı.
Əli Quşçu nəslindən olanlar XVIII əsrin sonlarına qədər Osmanlı İmperiyasında mühüm vəzifələr gördü. Əbussuud Əfəndi və uşaqları şeyxülislam, kazasker, müdərris kimi vəzifələr tutdular.
Əli Quşçudan sonra Osmanlı dili bütün islam aləmi üçün elm dili olub. Fars və ərəb dilləri öz əhəmiyyətini itirdi.
Risalə Fi-Hey-ə: (1457-ci ildə Səmərqənddə, fars dilində yazmışdır) Osmanlı İstanbul Mühəndisxanasında (İstanbul Texniki Universiteti) XIX əsrin əvvəllərində dərs kitabı olaraq istifadə edilirdi.
Mədsrəsələrdə riyaziyyat və s. elm dərslərinin oxudulmasında önəmli rolu olmuşdur.
Əsərləri thumb|350px|Əməklerinden bir səhifə, aslı İstanbul – Süleymaniye Kitabxanasında mövcud
Astronomiya əsərləri Şerh-i Zîc-i Uluğ Bey Risalə fî Halli Eşkâli Muaddili'l-Kamer li'l-Mesîr Risalə fî Asli'l-Hâric Yumkin fî's-Sufliyyeyn Şerh ale't-Tuhfeti'ş-Şâhiyye fî'l-Hey'e Risalə der İlm-i Hey'e Risalə fî Halli Eşkâli'l-Kamer. Riselet-ül fi'l hey'et (Farsça) Risalə el-Fethiyye fî ilmi’l-hey (el-Fethiyye)
Riyaziyyat əsərləri Risâletu'l-Muhammediyye fî'l-Hisâb Risalə der İlm-i Hisâb: Süleymaniye
Kəlam ve Usûl-i Fıkıh əsərləri Eş-Şerhu'l-Cedîd ale't-Tecrîd Hâşiye ale't-Telvîh
Kimya və Fizika əsərləri Unkud-üz-Zevahir fi Man-ül-Cevahir (Mücevherlerin Dizilmesinde Görülen Salkım)
Mexanik Alətləri Haqqında əsəri Tezkire fî Âlâti'r-Ruhâniyye (Kültür Bakanlığı, Ankara 2001)
Dil və Bəlağət əsərləri Şerhu'r-Risâleti'l-Vadiyye El-İfsâh El-Unkûdu'z-Zevâhir fî Nazmi'l-Cevâhir Şerhu'ş-Şâfiye Risalə fî Beyâni Vadi'l-Mufredât Fâ'ide li-Tahkîki Lâmi't-Ta'rîf Risâle mâ Ene Kultu Risalə fî'l-Hamd Risalə fî İlmi'l-Me'ânî Risalə fî Bahsi'l-Mufred Risalə fî'l-Fenni's-Sânî min İlmihal-Beyân Tefsîru'l-Bakara ve Âli İmrân Risalə fî'l-İstişâre Mahbub-ül-Hamail fi keşif-il-mesail Tecrid-ül-Kelam (Tecrid’ül Kelam – Sözün Tecridi)
İstinadlar
Ədəbiyyat İ. Hakkı Uzunçarşılı – Büyük Osmanlı Tarihi Cilt 2 Sh. 653 100 böyük türk. Bakı,1991. səh.36–37.
Həmçinin bax Muhyiddin Mehmed-i İskilibi – yeğeni, şagirdi və damadı Mevlana Ebussuud İmadi – torunu və Osmanlı şeyxülislamı Uluq Bəy – Uluq Bəy Rəsədxanası Sahn-ı Seman Mədrəsəsi Mirim Çelebi -
Xarici keçidlər Həyatı Əsərlərinin siyahısı Həyatı Əsəri haqqında məlumat Uluğ Bəy və Ali Kuşçu Həyatı və əsərləri
Kateqoriya:Özbək riyaziyyatçılar Kateqoriya:Özbək astronomlar Kateqoriya:Səmərqənddə doğulanlar Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Matüridilər Kateqoriya:Türkiyə fizikləri Kateqoriya:Özbəkistan tarixi