Ağcabədi rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi rayonunun mərkəzi aeroport, Ağdam dəmiryol stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir.
Etimologiyası Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun ərazisi 1756 km² — dir, əhalisi 136,7 min nəfərdir (1 yanvar 2020).
Məşğul əhalinin əsas hissəsi səhiyyə, təhsil, mədəniyyət sahəsində, kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.
Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən (Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Avşar, Aşağı Avşar, Xocavənd, Salmanbəyli, Mehrablı, Aran, Yeni Qaradolaq, Qaradolaq, Kəbirli, Hacıbədəlli, Nəcəfqulubəyli, Şənlik, Şahmalılar, Şotlanlı, Bala Kəhrizli, Böyük Kəhrizli, Biləğan, Ağabəyli, Pərioğullar, Cəfərbəyli, Hüsülü, Rəncbərlər, Qiyaməddinli, Qaravəlli, Təzəkənd, Muğanlı, Şahsevən, Şahsevən-Təzəkənd, Köyük, Boyat, Qaraxanlı, Hacılar, Kəhrizli, Şərəfxanlı, Arazbar, Sarvanlar, Kürdlər, Minəxorlu, Yuxarı Qiyaməddinli, Sarıcalı, Taynaq, Poladlı, İmamqulubəyli, Gələbədin kəndləri) ibarətdir.
Rayon ərazisində 216 idarə və müəssisə, 8 bank filialı, 2 rabitə müəssisəsi, 5 mehmanxana fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə Atena MMC- dir. Bu Məhdud Məsuliyyətli cəmiyyətin 200 nəfər işçisi vardır.
Hazırda rayon üzrə məşğul əhalinin sayı 72632 nəfər, o cümlədən sənayedə çalışanların sayı 664 nəfər, kənd təsərrüfatında çalışanların sayı 32681 nəfər, tikintidə 398 nəfər, nəqliyyat və rabitədə 329 nəfər, təhsil, mədəniyyət və incəsənətdə 5351 nəfər, səhiyyə, bədən tərbiyəsi və sosial təminatda 1171 nəfər, kreditləşmə maliyyə və sığortada 134 nəfər, İdarəetmə orqanları aparatında 417 nəfər, ticarət və xidmət sahələrində 3635 nəfər, digər sahələrdə 24361 nəfərdir.
Adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) olan Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları — Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur.'
İnzibati quruluşu AĞCABƏDİ RAYONU — 60800001
İnzibati ərazi dairələrinin sayı: Ərazi vahidlərinin sayı:
Şəhər . . 1 Şəhər . . . 1
Qəsəbə . . 1 Qəsəbə . . . 1
Kənd . . 39 Kənd . . . 44 KODLARADLARKODLARADLAR60801005
60801014
60811005
60811018
60812005
60812018
60813005
60813018
60814005
60814018
60815005
60815018
60803005
60803018
60803028
60816005
60816018
60817005
60817018
60818005
60818018
60819005
60819018
60820005
60820018
60821005
60821016
60822005
60822018
60823005
60823018
60824005
60824018
60825005
60825018
60804005
60804018
60804028
60826005
60826018
60827005
60827018
60828005
60828018 1. Ağcabədi şəhər iəd
A ğ c a b ə d i ş.
2. Ağabəyli kənd iəd
A ğ a b ə y l i k.
3. Aran kənd iəd
A r a n k.
4. Arazbar kənd iəd
A r a z b a r k.
5. Aşağı Avşar kənd iəd
A ş a ğ ı A v ş a r k.
6. Avşar kənd iəd
A v ş a r k.
7. Boyat kənd iəd
B o y a t k.
Biləyən k.
8. Cəfərbəyli kənd iəd
C ə f ə r b ə y l i k.
9. Gələbədin kənd iəd
G ə l ə b ə d i n k.
10. Göyük kənd iəd
G ö y ü k k.
11. Hacıbədəlli kənd iəd
H a c ı b ə d ə l l i k.
12. Hacılar kənd iəd
H a c ı l a r k.
13. Hindarx qəsəbə iəd
H i n d a r x q.
14. Hüsülü kənd iəd
H ü s ü l ü k.
15. Xocavənd kənd iəd
X o c a v ə n d k.
16. İmamqulubəyli kənd iəd
İ m a m q u l u b ə y l i k.
17. Kəbirli kənd iəd
K ə b i r l i k.
18. Kəhrizli kənd iəd
B a l a K ə h r i z l i k.
Böyük Kəhrizli k.
19. Kürdlər kənd iəd
K ü r d l ə r k.
20. Qaradolaq kənd iəd
Q a r a d o l a q k.
21. Qaraxanlı kənd iəd
Q a r a x a n l ı k.60829005
60829018
60830005
60830018
60831005
60831018
60832005
60832018
60833005
60833018
60834005
60834018
60835005
60835018
60836005
60836018
60837005
60837018
60838005
60838018
60839005
60839018
60840005
60840018
60841005
60841018
60842005
60842018
60843005
60843018
60809005
60809018
60809028
60809038
60844005
60844018
60845005
60845018
60846005
60846018
60807005
60807028
6080701822. Qaravəlli kənd iəd
Q a r a v ə l l i k.
23. Qiyaməddinli kənd iəd
Q i y a m ə d d i n l i k.
24. Mehrablı kənd iəd
M e h r a b l ı k.
25. Minaxorlu kənd iəd
M i n a x o r l u k.
26. Muğanlı kənd iəd
M u ğ a n l ı k.
27. Nəcəfqulubəyli kənd iəd
N ə c ə f q u l u b ə y l i k.
28. Pərioğlular kənd iəd
P ə r i o ğ l u l a r k.
29. Poladlı kənd iəd
P o l a d l ı k.
30. Rəncbərlər kənd iəd
R ə n c b ə r l ə r k.
31. Salmanbəyli kənd iəd
S a l m an b ə y l i k.
32. Sarıcalı kənd iəd
S a r ı c a l ı k.
33. Sarvanlar kənd iəd
S a r v a n l a r k.
34. Şahsevən kənd iəd
Ş a h s e v ə n k.
35. Şahsevən Təzəkənd kənd iəd
Ş a h s e v ə n T ə z ə k ə n d k.
36. Şənlik kənd iəd
Ş ə n l i k k.
37. Şərəfxanlı kənd iəd
Ş ə r ə f x a n l ı k.
Şahmalılar k.
Şotlanlı k.
38. Taynaq kənd iəd
T a y n a q k.
39. Təzəkənd kənd iəd
T ə z ə k ə n d k.
40. Yeni Qaradolaq kənd iəd
Y e n i Q a r a d o l a q k.
41. Yuxarı Qiyaməddinli kənd iəd
Mirzəhaqverdili k.
Y u x a r ı Q i y a m ə d d i n l i k.
Tarixi
Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı ilk dəfə 1593-cü ildə Bərdə Livasına tabe olan Ağcabədi nahiyəsi olaraq çəkilmiş və qədim tayfaların yaşayış məskəni olmuşdur. Ağcabədi yaxınlığında eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları və müxtəlif qəbir abidələri aşkar edilmişdir. Orta əsrlərə aid qəbiristanda daşdan yonulmuş qoyun formalı başdaşıları vardır. Ağcabədi Qarabağın dayağı olan Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazidir.
Qədim tayfaların məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi yaşamaqdadır. Kəbirli kəndinin adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır. Şahsevən kəndinin adı isə XVI əsrdə I şah Abbas Qızılbaş tayfaların zəiflətmək üçün könüllü qvardiya düzəltmiş və onlara torpaq payları vermişdir. Həmin torpaqlar bu günə qədər öz qədim adlarını saxlayırlar. Ağcabədinin Şahsevən kəndinin adı məhz bu Şahsevən qvardiyasının adı ilə bağlıdır. 1727-ci ildə Gəncə-Qarabağın Müfəssəl tarix dəftəri sənədində Bayot nahiyəsi tərkibində Ağcabədi kəndinin adı çəkilir. Ağcabədi rayonunun Boyad kəndində Pənahəlixan 1747–1748-ci ildə Bayot qalasını tikdirmişdir.
XVIII əsrin 50-ci illərində Hacı Çələbi Boyad qalasına hücum etsə də, onu ala bilməmişdir. Bunda sonra Pənahəlixan Boyat qalasının duzən yerdə yerləşdiyinə görə başqa qala tikdirmək qərarına gəlir. 1823-cü ilin məlumatına görə Ağcabədinin aşağı hissəsində yerləşən Xəlfərəddin kəndi sonralar Ağcabədi ilə birləşərək Ağcabədi Xəlfərəddin adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisi inzibati bölgüyə bölən zaman Ağcabədi də inzibatı bölgüsünə görə rayon adı almış,1963-cü ildə ləğv edilərək Ağdam rayonuna verilmişdir. Rayonun ərazisi 1756 km2, əhalisi 136,7 min nəfərdir (1 yanvar 2020). Rayon Ağdamın tərkibindən 1965-ci ildə ayrılmış və yenidən rayon statusu almışdır.
Qarabağ müharibəsində Ağcabədi rayonuna da zərər vurulmuş, rayonun Qiyaməddinli kəndi həmin dövrlərdə işğal olunan yeganə Ağcabədi kəndi idi.
Tarixi mədəni abidələri Boyat kəndi yaxınlığında Solaxaytəpə yaşayış yeri. Qaradolaq kəndi yaxınlığında antik dövrə aid Qaratəpə yaşayış yeri. Kəbirli kəndi yaxınlığında orta əsrlərə aid Əmirəhməd yaşayış yeri. Hacılar kəndində qədim qəbiristanlıq. Hindarx qəsəbəsində məscid (1907).
Sarıcalı kəndi yaxınlığında antik dövrə aid Səngərtəpə yaşayış yeri. Poladlı kəndi yaxınlığında Tunc Dövrünə aid Gavurtəpə. Dəmir Dövrünə aid Yolçəkəntəpə, Aşıxlıtəpə kurqanları. Ağcabədi şəhərində Tunc Dövrünə aid Üçtəpə və Şahtəpə kurqanları. Hindarxı kəndində Eneolit və Tunc Dövrlərinə aid Çaqqallıtəpə yaşayış yeri, Qasımtəpə və Hiiseynbəy kurqanları. Boyat kəndi yaxınlığında Eneolit Dövrünə aid Töyrətəpə yaşayış yeri, Tunc Dövrünə aid Boyatqala. Arazbar kəndi yaxınlığında m.ə. I minilliyə aid yaşayış yeri. Salmanbəyli kəndi yaxınlığında antik dövrə aid Qaragöbər nekropolu. Tunc dövrünə aid Üçtəpə yaşayış yeri.
Maddi-mədəni irsi Ağcabədi rayonunun ərazisində tarixi, memarlıq və incəsənət abidələri mövcuddur. Belə ki, rayonda eneolit, tunc, antik dövr və orta əsrlərə aid yaşıyş yerlərinin qalıqları tapılmışdır.
Tarixi abidələr
Eneolit dövrünün qalıqları: qəbiristanlıq təpə kurqanı və yaşayış yeri, Kiçik yaşayış yeri (Boyad kəndi), Yastıtəpə yaşayış yeri (Hindarx kəndi), Əhənglitəpə, Keşaltıtəpə, Cəfərqulutəpə, Hüsülütəpə (Hacılar kəndi), Kamiltəpə yaşayış yeri, Şaxtəpə yaşayış yeri (Yeni Qaradolaq kəndi), Sutəpə yaşayış yeri, Canavartəpə (Taynaq kəndi), I və II Mirvaritəpə, Qətiltəpə, Əbiltəpə I və Əbiltəpə II, Məhəmmədtəpə (İmamqulubəyli kəndi), Ağtəpə (Taynaq kəndi). Tunc dövrünün qalıqları: Kültəpə, Sarıbaştəpə, Üçtəpə, Şaxtəpə (Ağcabədi şəhəri), Qışaltıtəpə, Qəbiristanlıq təpə, Qalatəpə (Boyad kəndi), Yolaşantəpə (Gələbədin kəndi), Qazantəpə kurqanı, Görüştəpə kurqanı, Qəbiristanlıq təpə kurqanı, Qasımtəpə kurqanı, Quştəpə kurqanı, Adsız kurqanlar, Hüseynbəy kurqanı (Hindarx kəndi), Sümüklü təpə (Cəfərbəyli kəndi), Yantəpə yaşayış yeri, Sutəpə yaşayış yeri (Taynaq kəndi), Böyüktəpə yaşayış yeri (Biləğan kəndi), Gültəpə (Qaraxanlı kəndi). Antik dövrün qalıqları: yaşayış yeri (e.ə. V–II minilliklər, Təzəkənd kəndi), yaşayış yeri (e.ə. I minillik, Arazbar kəndi), yaşayış yeri (e.ə. I minillik, Qiyaməddin kəndi), yaşayış yeri (Hüsülü kəndi), Səngərtəpə yaşayış yeri (Sarıcalı kəndi), Törətəpə yaşayış yeri (Şənlik kəndi). Orta əsrlərin qalıqları: böyük qəbiristanlıq (Hacılar kəndi). Yerli əhəmiyyətli arxeoloji abidələr: Solaxaytəpə kurqanı (XVIII əsrin 40-cı illəri, Boyad kəndi), Xımılı təpələri yaşayış yeri (İmanqulubəyli kəndi). Cümə məscidi — Ağcabədi şəhəri, XX əsr, Qarabağ küçəsi Həmidə xanım Məmmədquluzadənin ev muzeyi — Kəhrizli kəndi Tarix və diyarşünaslıq muzeyi — Ağcabədi şəhəri, Məhəmməd Əmin Rəsulzadə prospekti Heydər Əliyev mərkəzi — Ağcabədi şəhəri H. Əliyev prospekti Rəsm qalereyası — Ağcabədi şəhəri, Məhəmməd Əmin Rəsulzadə prospekti 20 yanvar faciəsi, Şəhidlər Xiyabanı xatirə abidə kompleksi — Ağcabədi şəhəri, Məhəmməd Əmin Rəsulzadə prospekti Məscid — Hindarx qəsəbəsi, 1907-ci il
Coğrafiyası Ağcabədi rayonu Bərdə, Zərdab, Füzuli, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəddir. Rayonunun mərkəzi Ağdam dəmiryol stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində, Mil və Qarabağ düzlərindədir. Ümumi ərazi, [kv.km] 1760.00 Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 815.29 Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 298.28 Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 600.29 Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 553.75 Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 8815.29 Şoran torpaqların ümumi sahəsi, [kv.km] 79.35
Relyefi Ağcabədi rayonunun relyefi düzənlikdir, şimal-şərqdən cənub-qərbə doğru tədricən yüksəlir, ərazinin səthi Aptropoden sisteminin kontinental — Allüduar və dəniz çöküntülərindən təşkil olunmuşdur. Gil yatağı var. Rayonun şimal-şərq sərhəddi ilə təqribən 45 km məsafədə Kür çayı, mərkəzi hissədə Qarqar çayı axır. Rayon ərazisindən Yuxarı Qarabağ və Orcenikidze adlı kanallar keçir. Ərazidə şor sulu göllər var. Boz-çəmən, boz, çəmən-boz torpaqlar yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahəsinə də təsadüf olunur. Rayonda meliorasiya işləri tətbiq olunur.
İqlimi