Uğursuzlar () — rejissor Fransis Veberin filmi. 1991-ci ildə ABŞ-də filmin "Təmiz bəxtigətirmə" () adlı remeyki çəkilmişdir.Pure luck on imdb.com .

Məzmun Böyük bir şirkətin prezidentinin qızı inanılmaz dərəcədə uğursuz insandır. Latın Amerikasına kurorta gedən qız bədbəxt hadisədən sonra quldurların əlinə keçir. Axtarışlar nəticə vermir. Prezident olanlara bir çarə tapa bilmir. Amma orada işləyən psixoloq prezidentə bir ideya verir: mühasibatlıqda Fransua Perren adlı çox uğursuz bir insan işləyir. Əgər o da qızın getdiyi yerə getsə, Perren eynilə qızın düşdüyü uğursuzluqlara düşəcək. Belə olsa, prezidentin adamları qızın izinə düşə bilərlər. Ağlına başqa variant gəlməyən prezident Perreni şəxsi xəfiyyəsi Kampana ilə qızının getdiyi yerə göndərir.

Demək olar ki, psixoloqun versiyası düz çıxdı. Bir çox uğursuz macəralara düşən Perren mənasız, uğursuz və bəzən məzəli hadisələrdən sonra prezidentin qızını tapır.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Fransis Veber Rejissor: Fransis Veber Operator: Aleks Fillips Bəstəkar: Vladimir Kosma Prodüser: Alan Puare

Rollarda Pyer Rişar — Fransua Perren Jerar Depardye — Jan Kampana Pedro Armendares — Kostao Korinn Şarbi — Mari Bens Marisa Olivares Andre Valardi — psixoloq Meyer Xorxe Lüke — Xuan Arbal Serxio Kalderon Mişel Roben — milyonçu Bens

İstinadlar

Xarici keçidlər

Trailer

Kateqoriya:Fransa filmləri Kateqoriya:Meksika filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Fransis Veberin filmləri Kateqoriya:1981-ci ilin Fransa filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:İtkin düşmüş insanlar haqqında filmlər Kateqoriya:Döyüş komediya filmləri Kateqoriya:Fransanın komediya macəra filmləri Kateqoriya:Malta filmləri