Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisəsi.

Tarixi Əsası 1921-ci ildə qoyulmuş Bakı Neft Texnikumu və Bakı Baza Energetika Texnikumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 1997-ci il tarixli 16 nömrəli Qərarı ilə vahid təhsil müəssisəsində — Bakı Neft-Energetika Kollecində fəaliyyət göstərməyə başlamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli 30 nömrəli qərarına əsasən Kollecin adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci adlandırılmışdır.

İxtisaslar Kollecdə subbakalavr dərəcəsi üzrə kadr hazırlığı 13 ixtisası əhatə edir:

Mühasibat uçotu Elektirk stansiysı və yarımstansiyası avadanlıqlarının quraşdırılması Elektrik təchizatı (sahələr üzrə) Ətraf mühitinin mühafizəsi və bərpası İstilik təchizatı və istilik texnikası avadanlıqları İşıq texnikası və işıq mənbələri Məişət tullantılarının idarə olunması Neft emalı və neft kimyası Neft və qaz yataqlarında geoloji və geofiziki işlər Neft və qaz yataqlarının istismarı Neft-qaz işi Neft-qaz qurğuları Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı

İstinadlar

Kateqoriya:Bakı kollecləri Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kollecləri