Naina Ağəli qızı İbrahimova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2010).

Həyatı Naina İbrahimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində ali təhsil almışdır.

1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa vəzifəsində işləyir.

20 dekabr 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.

Teatrda işlədiyi müddətdə bir neçə rollar oynamışdır. Onların arasında: Nisə xanım (M.F.Axundov "Lənkəran xanlığın vəziri"), Züleyxa (Elçin "Poçt şöbəsində möcüzələr"), Katya Volkova (A.Qalin "Konkurs"), Marion Dübua (M.İbrahimbəyov "Neft bumu"), Şirin (S.Vurğun "Fərhad və Şirin") kimi rolları qeyd etmək olar. N.İbrahimova bir çox kliplərdə çəkilib, fotomodel kimi tanınır.

Şəxsi həyatı Aktrisa Naina İbrahimova rəssamlar Ağəli İbrahimovun və Nadejda İbrahimovanın qızıdır.

2013-cü ilin oktyabr ayında Fərid adlı fotomodellə ailə qurub. Bu cütlüyün 2015-ci ilin fevralın 23-də oğul övladı olub.

Filmoqrafiya Bəyaz həyat (film, 2003) "Moskva-Bakı" qatarı (film, 2005) Bir dəfə Qafqazda (film, 2007) Qüdsi (film, 2007) Sonuncu dərviş (film, 2009) Vəkil hanı? (film, 2011)

İstinadlar

Kliplər Ağadadaş Ağayev — Sənsiz keçən ömür — musiqi: Eldar Mansurov, sözlər: Vahid Əziz

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan fotomodelləri