Tofiq İbrahim oğlu Mirzəyev () — Azərbaycan aktyoru, rejissor və ssenarist. Bəzi filmlərdə səs operatoru və səs rejissoru kimi də iştirak edib. Azərbaycan SSR əməkdar artisti (1976), Azərbaycan Respublikasının xalq artisti (2022).
Həyatı Tofiq Mirzəyev 16 iyunAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011. 1932-ci ildə Bakıda anadan olub. Ata tərəfdən əslən Gədəbəydəndir.https://apa.az/art/xalq-artisti-tofiq-mirzeyev-menim-adim-butun-omrum-azerbaycanla-bagli-olub-musahibe-708595 Anası Bella İlyinşina əslən yəhudi idi. Qardaşı Teymur Mirzəyev də musiqiçi idi.
İkinci Dünya müharibəsi illərində Tofiq Mirzəyevin atası cəbhədə döyüşlərdə iştirak etmişdir. Müharibə illərində o, anası, qardaşı və bacısı Leya qohumlarının təkidi ilə Gədəbəyə köçmüş, müharibə bitənə qədər orada qalmış, sonra Bakıya qayıtmışdılar. T.Mirzəyev Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirib. Əvvəlcə Bakıda, sonra Moskvada Böyük Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət simfonik orkestrinə dəvət edib və Tofiq maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayıb. Onun rus və Avropa bəstəkarlarının klassik musiqilərinə, Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, Niyazinin özünün əsərlərinə dərindən bələd olması da məhz buradan qaynaqlanır. Amma Tofiq Mirəzyev lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb. Özü də yalnız maraqlanmaqla kifayətlənməyib, Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov, Vaqif Mustafazadə, Tofiq Şabanov kimi adlı-sanlı Azərbaycan cazmenləri ilə birlikdə caz musiqiləri ifa edib. Lakin qəfil xəstəlik onun musiqi karyerasına son qoyub. Belə ki, Tofiq Mirzəyev 1960-cı ildə ağır xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər.
Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. Kursları bitirdikdən sonra rejissor peşəsinə yiyələnir. Ardından Azərbaycan Televiziyasında işə düzələn Tofiq Mirzəyev burada 25 il fəaliyyət göstərir. O, Azərbaycan Televiziyasında ilk musiqi proqramlarını hazırlamağa başlayır. Rejissor, həmçinin burada bir neçə film-konsert ("Abşeronun nəğmələri", "Niyazinin simfoniyası" və s.) nümayiş etdirib. Həmin dövrdə AzTV-nin baş rejissoru olan Arif Babayev ona televiziyada ilk addımlarında, sonra isə kinoda kömək edib. Onun iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Onlar arasında "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və başqa filmləri göstərmək olar. Aktyor "Mosfilm" və "Dovjenko" studiyalarında da filmlərə çəkilib.
90-cı illərdə İsrailə köçüb. Uzun illər İsraildə yaşayıb və ictimai fəaliyyətlə məşğul olub. Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvü idi. Yazıçı Anar ilə bacanaqdır. Teymur adlı oğlu var.
21 iyul 2026-cı ildə 94 yaşında vəfat edib. İsrailin Arad şəhər məzarlığında ailəsinin yanında dəfn olunub.
İrsi 2016-cı ildə Elvin Vəlimətov tərəfindən Tofiq Mirzəyevə həsr olunmuş Akkordlar... Tofiq Mirzəyev adlı qısametrajlı sənədli-bədii televiziya filmi çəkilmişdir.
Mükafatları Azərbaycan SSR əməkdar artisti — 23.12.1976Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü layiq görülmüşdür. Azərbaycan Respublikasının Xalq artisti — 14.06.2022T.İ.Mirzəyevə "Xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı "Şöhrət" ordeni — 14.06.2022T.İ.Mirzəyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Filmoqrafiya Abşeron mahnıları (film, 1969) (qısametrajlı sənədli film) (Aztv) Akkordlar... Tofiq Mirzəyev (film, 2016) Bakı qalası (film, 1969) Bir az da Bahar bayramı (film, 1979) Bizi dağlarda axtarın (film, 1976) Cin mikrorayonda (film, 1985) Cinahsız cəbhə (film, 1974) Doğma sahillər (film, 1989) Dörd bazar günü (film, 1975) Düşmən arxasında cəbhə (film, 1981) Dvorjakın melodiyası (film, 1979) "EKSPO-67" üçün Azərbaycan incəsənət ustalarının konserti (film, 1967) "EKSPO-67" üçün estrada konserti (film, 1967) Əlavə iz (film, 1981) Əlvida, cənub şəhəri (film, 2006) Ən vacib müsahibə (film, 1971) Güzgü (film, 1990)(I) Xalq nəğməkarı (film, 1979) Xatirələr sahili (film, 1972) Xüsusi vəziyyət (film, 1986) İntibah (film, 1972) İstintaq (film, 1979) Kabusun gözüylə (film, 2010) Kənar adamlar (film, 1992) Konsert proqramı (film, 1971) (II) Memar (film, 2006) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) Nizami simfoniyası (film, 1970) O qızı tapın (film, 1970) Onun bəlalı sevgisi (film, 1980) Ömrün ilk saatı (film, 1973) Poladın mahnıları (film, 1982) Sürəyya (film, 1987) Şahid qız (film, 1990) Şeytan göz qabağında (film, 1987) Şur (film, 1967) Təhminə (film, 1993) Uşaqlığın son gecəsi (film, 1968) Üzeyir ömrü (film, 1981) Yataqda siqaret çəkməyin (film, 1986)
İstinadlar
Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 269. Mükərrəmoğlu, M. ""Şərq-Qərb" Beynəlxalq Kinofestivalı öz işinə başladı" //Xalq.- 2002.- 12 oktyabr. Mükərrəmoğlu, M. ""Şərq-Qərb" kinofestivalı başa çatdı" [Rəşid Behbudov adına Mahnı Teatrında festivalın bağlanışına həsr olunmuş mərasim keçirildi] //Xalq.- 2002.- 20 oktyabr. Журнал "Баку". Номер: Март — Апрель 2011
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan uzunömürlüləri