Cəsur Björn və ya Dəmiryanlı Byörn (; ) — Raqnar Lodbrokun oğlu, Munsyö sülaləsinin banisi yarı-əfsanəvi, yarı-həqiqi vikinq döyüşçü, İsveç kralı.
Həyatı Raqnarın oğulları saqasına əsasən Byörn Raqnar Lodbrok və Aslauqun oğlu idi. Onun Halfdan Hvitserk, Sümüksüz İvar, Siqurd Raqnarsson, Ubbe Raqnarsson adında anabir-atabir, Erik Raqnarsson və Aqnar Raqnarsson adında atabir qardaşları var idi. Yetərincə böyüyəndən sonra Byörn və qardaşları Zelandiya, Eland və sairə kiçik Danimarka adalarını ələ keçirib orda hakimiyyətə başlamışdı. Atabir qardaşları Erik və Aqnar Raqnar Lodbrokun İngiltərəyə hücumu zamanı üsyan etmiş və Raqnarın öz yerinə müvəqqəti idarəçi kimi qoyduğu Östen Beli tərəfindən ələ keçirilib edam olunmuşdular. Buna qəzəblənən Björn anası Lagerta və qardaşı Halfdan Hvitserk ilə birlikdə Östeni məğlubiyyətə uğradıb edam etmişdi.
Atasının ölümündən sonra bütün Avropanı yağmalayan Byörn qardaşlarına İngiltərəni işğal etməyə kömək etmişdi. 860-cı ildə digər qardaşı Hastein Raqnarssonla birgə Aralıq dənizini yağmalağa yola düşdü. Cəbəli-Tariq və Cənubi Fransanı yağmalayandan sonra İtaliyanın Piza şəhərini ələ keçirmişdilər. Qədim Luna şəhərinə çatandan sonra Björn buranın Roma olduğunu zənn etmişdi. Şəhərə xəbərçi göndərən Björn özünü ölü kimi qələmə verdi və son vəsiyyətinin kilsədə basdırılmaq olduğunu xəbər verdi. Buna inanan şəhər əhalisi onun tabutunu kiçik bir dəstə ilə içəri buraxdı. Kilsənin içində tabutdan sıçrayan Björn kiçik dəstəsi ilə qapıya qədər gəldi və ordunu içəri buraxdı. İsveçə geri dönərkən Cəbəli-Tariq boğazında ərəb donanması ilə vuruşmalı olan Björn 40 gəmisini itirsə də İsveçə geri döndü. Qardaşları ilə gəldiyi nəticəyə əsasən İsveç və Uppsala Björnün payına düşdü. Björn bu baxımdan İsveç tarixində ilk əfsanəvi olmayan kraldır.
Ailəsi Björnün ailəsi haqda az məlumat qalmışdır. İki oğlu olduğu məlumdur: dəniz kralı Refil Björnsson və onun yerinə kral olan III Erik.
Ölümü Yaşadığı dövrlər kimi ölüm tarixi də məlum deyil. Munsyö kəndində tapılan bir kurqanda onun qəbri olduğu iddia olunur.Lagerquist, Lars O. (1997). Sveriges Regenter, från forntid till nutid. Norstedts, Stockholm. ISBN 91-1-963882-5 Qəbrin üstündəki başdaşında yazılıb:
[Þo]rgautr þeir ... ... ôndu ok Guð[s]...
Torqautr, onlar ... ruh və Tanrının
İstinad
Kateqoriya:Vikinqlər Kateqoriya:İsveç kralları Kateqoriya:IX əsrdə vəfat edənlər Kateqoriya:İsveçdə vəfat edənlər