() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü.

Arealı Kipr, Ege adalarının şərqi, İran, İraq, Livan-Suriya, Fələstin, Cənubi Qafqaz və Türkiyədə bitir.

Azərbaycanda yayılması Kiçik Qafqazın cənubunda, Naxçıvan MR (Babək, Ordubad rayonları), Zəngilan və Qubadlı rayonları ərazisində dəniz səviyyəsindən 500-1100 m yüksəklikdə bitir. Zəngilan rayonunda Bərquşatçayın dağ ətəklərində bu endemik Qafqaz növünün kiçik areallarına rast gəlinir.

Statusu Azərbaycanın nadir bitki növüdür. CR A1ab; B1bc (iii,iv).

Bitdiyi yer Orta dağ qurşağının qarışıq meşələrində daha çox rast gəlinir.

Təbii ehtiyatı Arealı çox da geniş deyildir.

Bioloji xüsusiyyətləri Təbiətdə 10-15 metr hündürlükdə olan ağacdır. Cavan yaşlarında zoğları yaşlımtıl rəngdə, tüklü olur, sonradan qırmızımtıl rəng alır. Yarpaqları böyük, uzunsov, tərsinə yumurtaşəkilli olub, üst tərəfdən açıq-yaşıl, tüksüz, bəzən sonradan tökülən məxməri tükləri vardır. Yarpağın kənarları tam və ya küt dişli, kiçik və qısa dilimli ola bilir. Yarpaq saplağı 0,3-2,5 sm uzunluğunda olur. Tumurcuq pulcuqları qırmızı rəngdədir. Meyvə saplağı qısa, 0,5-1,5 sm uzunluğunda olur. Meyvə çanaqcığı kürə şəklində olub, 2-3 sm boyundadır. Meyvənin üçdə bir hissəsi qədəhin içindədir. Dəniz səviyyəsindən 1000 m-ə qədər yüksəkliklərə qalxa bilir. May-iyun ayları arasına çiçəkləyir, oktyabr-noyabr aylarında toxumu yetişir

Çoxalması Təbiətdə toxum vasitəsilə çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi Mədəni şəraitdə becərilir.

Ekologiyası Quraqlığa davamlı, torpağa az tələbkar bitkidir. İşıq və istisevən, duza, yanğına davamlıdır. Çoxlu növ müxtəlifliyi - formaları vardır.

İstifadəsi Dağ yamaclarının bərkidilməsində mühüm əhəmiyyət kəsb edir.

Qəbul edilmiş qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitab"ına daxil edimişdir.

Zəruri qoruma tədbirləri Yeni yasaqlıqların yaradılması vacibdir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax