Rəhim Seyfullayev () — Azərbaycan Respublikasının əməkdar memarı (19.04.2000), "Əməkdar memar" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2000-ci il tarixli, 323 nömrəli Fərmanı . e-qanun.az SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü, Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü (1999).

Həyatı Rəhim Seyfullayev 16 fevral 1944-cü ildə Bakı şəhərində doğulub. Azərbaycan Politexnik universitetində memarlıq təhsili almışdır. 1970-ci illərdə Norilsk şəhərinə köçür və 10 il orada həyat yoldaşı Nailə Seyfullayeva ilə birgə memarlıq və interyer sahəsində fəaliyyət göstərir. SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü olur. 1982-ci ildə vətənə qayıdan memar Bakının baş rəssamı vəzifəsinə dəvət olunur. 1999-cu ildə R.Seyfullayev Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu seçilir.

Mükafatları 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı adına layiq görülmüşdür.

Layihələri Fəvvarələr meydanı — 1980-ci illər Gənc Tamaşaçılar Teatrı — 1986-cı il (Sənan Salamzadə ilə birgə) Nizami 10 ünvanında yerləşən ofis binası — 1998–2000 illər İçəri Şəhərdəki ofis binası — 2000–2003 illər İçərişəhərdə mehmanxana layihəsi — 2000–2003 illər

Memarın fikirləri Memarlıq yüksəldən, endirən, coşduran, süstləşdirən, qızdıran və üşüdəndir, nəvazişli və iyrəncdir. Memar boşluğun sehrbazıdır. Memarın başlıca ifadə vasitələri – Forma, işıq, rəng, material və onun fakturasıdır. Təkcə forma obrazı müəyyənləşdirmir, digər ünsürlərlə birlikdə forma özünü göstərir. Tikinti materialları cansızdır. Yalnız memar onu canlandırmaq qabiliyyətinə mlikdir. Memar interyeri işləyə bilmirsə, o həcmli əsərlər yarada bilməz. İnteryer yekcins, geniş, xeyli mürəkkəb və süzülən olmalıdır. Memarlıqda başlıca şey nə etdiyini anlamaqdır.

İstinadlar

Ədəbiyyat Rəna Əfəndizadə, "Memar – Rəhim Seyfullayev" kitabı. Elçin Əliyev, "Müasir Azərbaycan Memarları 2010" kitabı.

Kateqoriya:SSRİ memarları Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar memarları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər