Dünya Alpaqut Federasiyası () və ya qısaca: DAF () — Alpaqut turan döyüş sənətini inkişaf etdirmək və digər ölkələrdə olan alpaqut klub və federasiyalarını idarə etmək üçün 2014-cü ildə yaradılmış beynəlxalq idman təşkilatı.
Federasiyanın dünyada 50-dən çox ölkədə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var.
Tarixi 2014-cü ilin əvvəlindən Alpaqut Turan Döyüş sənətinin qurucusu Vasif Namazovun təşəbbüsünə əsasən, Alpaqut idman növünün inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında Beynəlxalq İdman Təşkilatının yaradılması qərarı verildi. Federasiyanın təsis olunmasında Gürcüstan Respublikasından Müşfiq Əliyev, Faiq Məmmədov, Azərbaycandan isə Fərid Əlizadə və Vasif Namazovun özü iştirak etdi. İdarə heyəti üzvləri, federasiyaya ilk Prezident kimi Fərid Əlizadəni seçdi və 12 fevral 2014-cü il tarixindən etibarən federasiya rəsmən qeydiyyatdan keçərək fəaliyyətə başladı.
Birinci qurultay 2015-ci il tarixindən etibarən, Alpaqutun inkişafı naminə Dünya Alpaqut Federasiyasının yenidən formalaşmasına qərar verildi. 12 yanvar 2015-ci il tarixində federasiya prezidenti Fərid Əlizadə və bütün icra strukturu istefa verdi. 18 mart 2015-ci il tarixində, Azərbaycanda Atatürk Mərkəzində, Dünya Alpaqut Federasiyasının ümumi yığıncağı növbədənkənar qurultay çağırdı. Qurultayda Araz Abdullaev, Asiman Abdurrahmanov, Kamil Yusubov, Faiq Məmmədov, Arzu Eyvazov, Anar Xəlilov, Elnur Hüseynov, Əkbər Goşalı və Vasif Namazov Dünya Alpaqut Federasiyasının İdarə heyətinin üzvləri seçildi. Alınan qərarlara görə, Azərbaycan Milli Məclisinin Deputatı Nizami Cəfərov Dünya Alpaqut Federasiyasının yeni Prezidenti seçildi. Qurumun bundan əvvəlki Prezidenti iş adamı Fərid Əlizadə isə Dünya Alpaqut Federasiyasının Fəxri Prezidenti elan olundu.
İkinci qurultay 7 yanvar 2017-ci il tarixində Dünya Alpaqut Federasiyasının idarə heyəti növbədənkənar qurultay çağırdı. Qurultayda Azərbaycan Milli Məclisinin Deputatı Qənirə Paşayeva Dünya Federasiyasının 1-ci Vitse-Prezidenti və daha öncə federasiyanın 1-ci vitse prezidenti vəzifəsini icra edən Araz Abdullasoy isə Federasiyasının Hüquq məsələləri üzrə Vitse-Prezident vəzifəsinə seçildi.
Üçüncü qurultay 30 avqust 2022-ci ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı keçirildi. Qurultayda Jalə Əhmədova, Könül Nurullayeva, Betül Altıntaş, Qüdrət Nuriyev, Fərid Əlizadə, Faiq Məmmədov, Nuranə Şıxəliyeva, Amanjol Tuberov, Emil Rəhimov, Ali Gurbani Dünya Alpaqut Federasiyasının yeni tərkibdə idarə heyəti üzvləri, Vasif Namazov isə idarə heyətinin sədri seçildi. Federasiyanın yeni icra strukturu:Azərbaycan Milli Məclisinin deputatı Jalə Əhmədova federasiyanın prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Könül Nurullayeva birinci vitse-prezident, Emil Rəhimov, Fərhad Əliyev vitse-prezident seçildilər. Bundan əvvəl federasiyaya rəhbərlik edən Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva qurultayda Dünya Alpaqut Federasiyasının fəxri üzvü seçildi.
Beynəlxalq üzvlüklər və əməkdaşlıqlar Dünya Alpaqut Federasiyası 12 fevral 2014-cü il tarixində 434162041 nömrəsi ilə qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır.
ICSSPE - 2022-ci il mayın 17-də Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası Dünya Alpaqut Federasiyasını rəsmi olaraq üzvlüyə qəbul edib. TAFISA - Dünya Alpaqut Federasiyası 7 dekabr 2022-ci ildə TAFISA ilə üzvlük prosesinə başlayıb, 3 noyabr 2023-cü ildə isə təşkilatın Baş Assambleyasında Supporter Member statusu ilə üzvlüyə qəbul edilib. WEGC — 1 may 2023-cü ildə Dünya Alpaqut Federasiyası ilə Beynəlxalq Etno Oyunlar Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, Alpaqutun Nomad Games və Ethno Games proqramlarında yer alması nəzərdə tutulub. FAIR PLAY - 2023-cü il mayın 10-da Dünya Alpaqut Federasiyası Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin üzvlüyünə qəbul edilib. IMGC — 10 mart 2023-cü ildə Dünya Alpaqut Federasiyası Beynəlxalq Döyüş Sənəti Oyunları Komitəsinin (International Martial Art Games Committee) assosiativ üzvü olub. ISNO — 2023-cü il noyabrın 25-də Dünya Alpaqut Federasiyası Beynəlxalq İdman Şəbəkəsi Təşkilatının üzvlüyünə qəbul edilib. GAWSF - 14 fevral 2024-cü ildə Dünya Alpaqut Federasiyası Ümumdünya İdman Federasiyalarının Baş Assosiasiyasının üzvlüyünə qəbul edilib. ISCA - 26 dekabr 2024-cü ildə Dünya Alpaqut Federasiyası Beynəlxalq İdman və Mədəniyyət Assosiasiyasına üzv qəbul edilib. ITCHF - 29 dekabr 2024-cü ildə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Alpaqut Federasiyası arasında əməkdaşlıq sazişi imzalanıb.
Fəaliyyəti Dünya Alpaqut Federasiyası fəaliyyətə başladığı gündən etibarən müxtəlif ölkələrdə təqdimatlar, seminarlar və beynəlxalq turnirlər keçirib. Federasiya 2016-cı ildən etibarən Dünya kuboku və Dünya çempionatlarının keçirilməsinə start verib. 2018 və 2019-cu illərdə Bakıda təşkil edilən Dünya çempionatları Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.
2023-cü ildə TRT Belgesel tərəfindən Bakıda Alpaqut döyüş növü haqqında sənədli film çəkilib. Film 2023-cü il iyunun 25-də "Bir Döyüşçünün Dünya Macəraları — Alpaqut " adı ilə yayımlanıb.
Beynəlxalq yarışları +S/SYarışın adıKeçirilmə yeriTarixi1Qara Dəniz KubokuGürcüstan / Ozurgeti20–24 iyul 20142Qara Dəniz KubokuGürcüstan / Ozurgeti24–28 iyul 20153Xəzər KubokuAzərbaycan / Qusar06–09 avqust 20154Avrasiya KubokuGürcüstan / Batumi14–18 aprel 20165Dünya KubokuGürcüstan / Ozurgeti24–28 iyul 20166Beynəlxalq turnirAzərbaycan / Sumqayıt27 dekabr 20167Dünya KubokuAzərbaycan / Bakı24–25 oktyabr 20178I Dünya çempionatıAzərbaycan / Bakı24–25 noyabr 20189II Dünya çempionatıAzərbaycan / Bakı22–24 noyabr 201910Avrasiya çempionatıTürkiyə / Bursa20–21 noyabr 202111Dünya kubokuTürkiyə / Bursa10–12 iyun 202212III Dünya çempionatıTürkiyə / Bursa01–04 dekabr 202213Beynəlxalq turnirHindistan / Mumbay17–18 dekabr 202214IV Dünya çempionatıTürkiyə / Bursa01–04 dekabr 202315Dünya KubokuGürcüstan/ Kutaisi 5–8 dekabr 202416I Asiya çempionatı Qazaxıstan / Şımkent3–6 iyul 202517V Dünya çempionatı Türkiyə / Bursa4–7 dekabr 2025
Beynəlxalq seminarları +S/SSeminarın adıKeçirilmə yeriTarixi1Gürcüstan seminarı Gürcüstan / Ozurgeti22 iyul 20142Türkiyə seminarı Türkiye / Bursa26 may 20163Hindistan seminarı Hindistan / Mumbay05 may 20174Türkiyə seminarı Türkiye / Bursa11 may 20195Azərbaycan seminarı Azərbaycan / Bakı20 may 20206Azərbaycan seminarı Azərbaycan / Bakı30 may 20227Hindistan seminarı Hindistan / Mumbay 17 dekabr 20228Qazaxstan seminarıQazaxıstan / Almatı02 oktyabr 20239Iraq seminarı İraq / Bağdad9-13 mart 2024
Nümayəndəlikləri Dünya Alpaqut Federasiyası 50-dən çox ölkədə təmsil olunur. Federasiya 50-dən çox ölkədə milli təşkilatlar, milli nümayəndələr və müvəqqəti nümayəndələr vasitəsilə təmsil olunur. Cari reyestrdə 50+ ölkə və 65 təmsilçilik müxtəlif statuslarla göstərilir.
Hazırkı rəhbərlik 2025-ci ildə federasiya rəhbərliyində dəyişikliklər baş verib. Bundan sonra Emil Rəhimov növbəti seçkiyə qədər Dünya Alpaqut Federasiyasının prezidenti vəzifəsini müvəqqəti icra etməyə başlayıb. Federasiyanın yeni rəhbər heyətinin 3 dekabr 2026-cı ildə keçiriləcək qurultayda seçilməsi nəzərdə tutulur. Prezident vəzifəsini müvəqqəti icra edən — Emil Rəhimov İdarə Heyətinin sədri — Vasif Namazov Vitse-prezidentlər — Tural Abasquliyev, Nuran Hüseynov Texniki direktor — Yunus Arabacı Maliyyə Departamentinin sədri — Qüdrət Nuriyev Peşəkar Liqanın rəhbəri — Fərhad Əliyev İdman Departamentinin sədri — Qabil Hüseynov PR və Marketinq Departamentinin sədri — Hasan Çağlar İntizam Komitəsinin sədri — Betül Altıntaş Hakimlər Komitəsinin sədri — Rafiq Qasımov Ayça sistemi üzrə koordinator — Marina Beliayeva Batur sistemi üzrə koordinator — Marijus Tumas Caymaz sistemi üzrə koordinator — Serdar Aksu Qurşaq sistemi üzrə koordinator — Amanjol Tuberov Kaçut sistemi üzrə koordinator — Bülent Büyük
Həmçinin bax Azərbaycan Alpaqut Federasiyası Alpaqut (döyüş sənəti)
İstinadlar
Xarici keçidlər I Alpaqut Dünya çempionatı | Bakı Bir Döyüşçünün Dünya Macəraları — ALPAQUT / TRT Belgesel
Kateqoriya:Dünya Alpaqut Federasiyası Kateqoriya:Alpaqut Kateqoriya:İdman növləri