Molla Pənah Vaqif (ilk adı: Pənah Mehdi ağa oğlu; ) — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri və Qarabağ türklərinin (azərbaycanlıların) mənəvi rəhbəri.

Vaqif təxminən 1717-ci ildəНемецкая национальная библиотека, Берлинская государственная библиотека, Баварская государственная библиотека и др. Record #118966960 // Общий нормативный контроль (GND) — 2012–2016.data.bnf.fr : платформа открытых данных — 2011. Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilmiş və o, "Molla Pənah" ad ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur.

Vaqifin bədii irsi tam şəkildə indiki dövrə gəlib çatmamışdır, lakin əldə olunanlar şairin əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə fikir söyləməyə imkan verir. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.

1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Car-Balakənə üz tutur. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Məhəmməd bəy Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirir. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Molla Pənah Vaqif 1797-ci ildə vəfat edir.

Vaqif Azərbaycan şairi Səməd Vurğunun sevimli şairi idi. Səməd Vurğun yazırdı ki, "Erkən uşaqlıqdan mən Vaqifin işindən çox təsirləndim. Onun gözəl şeirləri, aydın və peşəkar tərzi mənim işimə böyük təsir göstərdi. Vaqifin güclü şeir cazibəsi ilə təsirləndim, ilk şeirlərimi yazdım." Vaqifin həyatı Vurğunun "Vaqif" dramında öz əksini tapmışdır. Vurğunun "Şairin ölümü" əsəri də Vaqifə həsr olunmuşdur.

Həyatı

Erkən həyatı Molla Pənah Vaqif XVIII əsrin birinci yarısında anadan olmuşdur. Onun atası Mehdi ağa, anası isə Ağqız xanım idi. Firudin bəy Köçərli Molla Pənah Vaqifin Ağstafa yaxınlığında Həsənsu kəndində anadan olduğunu bildirir. Eyni zamanda o qeyd edirdi ki, şairin doğulduğu yer Salahlı kəndi hesab olunur. Şairin doğulduğu tarix dəqiq deyil. Bir çox məlumatlarda doğulduğu il 1717-ci il götürülür; Rzaqulubəy və Adolf Berje, Vaqifin bir müddət sonra anadan olduğunu yazırlar. İ. Cahangirov və S. Mümtaza görə isə Vaqif 1733-cü ildə Qazax yaxınlığında yerləşən Yuxarı Salahlı kəndində dünyaya gəlib.

Vaqif kiçik yaşlarında mədrəsədə alim və müəllim Şəfi Əfəndinin yanında təhsil almış,H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 70. ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. O, həm də astronomiya, riyaziyyat, musiqi və poetika üzrə biliklərə də malik idi. XVIII əsrin 50-ci illərinin sonlarında Qazax mahalında və qonşu Gürcüstan sərhədlərində feodal münaqişələri nəticəsində təxminən 1759-cu ildə Qazax kəndlərinin sakinləri Qarabağ xanlığına köçməli oldular. Vaqifin ailəsi də köçürülən ailələr arasında idi. Ailə Cavanşir mahalının Tərtərbasar kəndində yerləşdi. Vaqif bu kənddə təhsil almağa başladı sonra isə məktəb açdı və burada uşaqları öyrətməyə davam etdi. Bir müddət sonra Vaqif Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinəŞuşa şəhəri o zamanlar şəhərin əsasını qoymuş Pənahəli xanın şərəfinə Pənahabad adlanırdı. köçərək Saatlı məhəlləsində məktəb təsis etdi. Onunla birlikdə bu məhəlləyə 17 ailə köçdü.

1769–1770-ci illərdə Molla Pənah Vaqifin alimlik və şöhrətlik nüfuzu Qarabağ xan sarayına da çatdı. Rzaqulu bəyin yazdığına görə, "Şuşada yaşayan Vaqif, Mirzə Vəli Baharlı daxil olmaqla bir çox nüfuzlu insanlarla dostluq etdi." Qarabağ xanı İbrahimxəlil xan Molla Pənah Vaqifi xan sarayına dəvət etdi və Mirzə Vəli Baharlı bildirir ki, "Molla Pənah Vaqifin ay tutulması və zəlzələ barədə əvvəlcədən xəbər verdiyi zaman xan təəccübləndi. Vaqiflə tanış olub, biliklərini yüksək qiymətləndirərək, onun xanlığın rəhbərliyinə cəlb etmək qərarına gəldi." İbrahimxəlil xan Vaqifi əvvəlcə eşikağası, xarici işlər naziri, sonra isə onu öz baş vəziri, yəni daxili işlər üzrə vəzir təyin etdi. Molla Pənah vəfatına qədər bu vəzifədə qaldı.

Saray xadimi və tarixçisi Mirzə Camal Cavanşir Qarabağinin sözlərinə görə, "Vaqif ağıllı və təcrübəli vəzir kimi böyük şöhrət və xalqın rəğbətini qazanmışdır." Ağa Məhəmməd şahın saray xadimi olan Abraham Beknazaryants Molla Pənahı Qarabağ türklərinin (azərbaycanlılar) mənəvi rəhbəri adlandırır. XIX əsrdən sonrakı dövrün Qarabağın sakinləri olan tarixçiləri Molla Pənah Vaqifin İbrahimxəlil xanın yanında böyük nüfuza malik olduğunu iddia edirlər. Mirzə Adıgözəl bəy yazır ki, "Molla Pənah Vaqif ədəbi dilin zənginləşdirilməsində yaddaqalan addımlar atmışdır. O, bir şair kimi xalqın ruhuna güc verir, bir siyasətçi kimi isə xalqın idarə işlərini aparırdı." Qaradaği bildirir: "Mərhum İbrahimxəlil xan Molla Pənahın istənilən işin öhdəsindən gələcəyini düşünərək, hər zaman onu əziz dostu kimi görürdü və onun məsləhətlərinə qulaq asırdı." Mir Mehdi Xəzaninin sözlərinə görə: left|thumb|270px|1983-cü ildə buraxılmış poçt markasında Vaqif türbəsinin təsviri.

Vəzir vəzifəsinə gəldikdən sonra Vaqif Şuşada bir çox obyektlərin tikintisində iştirak etdi. Qaradaği yazır ki, "Mərhum Molla Pənah bir çox əsərlərin başçısı idi. Vaqif, xanın və onun uşaqlarının şəxsi binalarının, hərəmxanalarının, xan sarayının və Şuşa divarlarının tikintisinə rəhbərlik edib." A. Berje bildirir: "Vaqif mühəndislik elmini yaxşı bildiyinə görə Şuşa şəhərinin ətrafına çəkilmiş divarların tikintisi və möhkəmləndirilməsinə rəhbərlik ona etibar edilmişdir." Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs deməsi və burada Molla Pənah adını alması, onun alimliyi haqqında xəbərlər xanlığın hüdudlarından uzaqlara yayılır. Xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah ola bilməz."

Vaqif astronomiya ilə ciddi məşğul olub, bu sahədəki biliklərini təcrübi olaraq gün tutulmalarının və bu qəbildən olan digər təbii hadisələrin müəyyənləşdirilməsi üçün istifadə edir, astroloji biliklərini isə sarayda özünün münəccim məsləhətləri ilə nümayiş etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif tətbiqi riyaziyyatı da yaxşı bilib. Vaqifin zəngin kitabxanası vardı və o, daim öz biliklərini artırmaqla məşğul olurdu. Saray əyanları və şəhər ziyalıları içərisində seçilib-sayılması onun özünə ədəbi "Vaqif"Vaqif ifadəsinin mənası bir işdə məlumatı, biliyi olan, xəbərdar, məlumatlı, hər şeyi bilən deməkdir. təxəllüsünü götürməsi ilə nəticələnir. Vaqif yaradıcılığının tədqiqatçısı Əziz Şərifin də qeyd etdiyi kimi, "Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir."

Ölümü thumb|right|250px|"Vaqif" tamaşasında Ağa Məhəmməd şah Qacarın Şuşaya yürüşü və Molla Pənah Vaqifin edamı geniş şəkildə təsvir olunur.

1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycanda müstəqil xanlıqlar yaranmışdı, lakin bu xanlıqların müəyyən iqtisadi, siyasi və hərbi uğurlarına baxmayaraq, onların fikirlərində hər an öz müstəqilliklərini itirmək təhlükəsi vardı. Azərbaycanda aparıcı rol oynamaq uğrunda Rusiya, İran və Osmanlı dövlətləri mübarizə aparırdı. Qonşu xanlıqlar və Kartli-Kaxetiya da müstəqillik üçün təhlükəyə çevrilmişdilər. Fasiləsiz feodal müharibələri və güclü qonşuların daimi basqınları Qarabağ xanlığını məcbur edirdi ki, yaxın xanlıqlarla aparıcı dövlətlərdən dəstək alsın. İbrahimxəlil xan Kartli-Kaxetiya ilə ittifaqa girir və onlar birlikdə Rusiyadan dəstək istəyirlər. 1783-cü ildə gürcü çarı II İrakli Rusiya təbəəliyini qəbul edir və Vaqif bir il sonra Tiflisdə həmin ölkələr arasında müqavilənin imzalanması mərasimlərində iştirak edir. Tiflisdə olduğu zaman Vaqif şəhərin tərifinə, gürcü gözəllərinə və İraklinin oğlu şahzadə Ellona həsr olunmuş şeirlər yazır.Вагиф, Молла Панах // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978. Əməkdar elm xadimi Həmid Araslı o dövrü bu cür təsəvvür edir:

Salman Mümtaz yazır: "Vaqif, ehtimal ki, iki hökumət arasında həll olunması lazım gələn işlərin həlli və tövsiyəsi üçün İbrahim xan Cavanşir hökuməti adından o zaman Gürcüstan valisi olan II İraklinin yanına göndərilmişdir. Vali ilə Vaqifin o gün görüşmələrini təsvir edəcək lövhə və vəsiqələrin bu gün əldə olmaması bizə o rəsmi ziyarət və görüşün rəsmi qəbul və tərzi üsulunu öyrənməyə və öyrətməyə mane olur. Vali özü şəxsən Vaqifin bazdidinə gəlmirsə də, öz oğlu Ellonu öz əvəzindən Vaqifin ziyarətinə göndərir. Ellonla dəfələrlə görüşən Vaqif görüş münasibətilə Tiflisdə Ellona müxəmməs həsr edir."

1783-cü ilin martın 18-də İbrahimxəlil xan II Yekaterinaya məktub göndərərək onun Rusiyanın himayəsinə qəbul olunmasını xahiş etdi. II Yekaterina Q. A. Potyomkin xərac ödəyəcəyi təqdirdə İbrahimxəlil xanı hakimiyyətdə saxlamağını və hətta onun Rusiyanın himayəsi altına qəbul etməyin mümkün olduğunu bildirdi. Qədim zamanlardan Qarabağ buraya köçürülmüş qacarlarla məskunlaşdırılmış və 200 il ərzində burada qacarların Ziyadoğlular boyundan olan şəxslər hökmranlıq etmişdi. Ağa Məhəmməd şah Qarabağ xanlığını tutmaq istəyərkən bunu müəyyən qədər qacarların pozulmuş hüquqlarının bərpası ilə motivləndirmək fikrinə düşmüşdü. Ağa Məhəmməd şah Qarabağa yaxınlaşdıqca, İbrahimxəlil xan II İrakli ilə daha da yaxınlaşmağa başladı. Vaqif Ağa Məhəmməd şaha qarşı birləşmək üçün İbrahimxəlil xanın, II İraklinin, İrəvan hakimi Məhəmməd xanın və Talış hakimi Mir Mustafa xanın danışıqlarında iştirak etdi.

Ağaməhəmməd xan digər xanlara göndərdiyi kimi Qarabağa elçi göndərib İbrahimxəlil xandan da girov istədi. Xan əmisi oğlu Ağa Əbdüssəməd bəy və saray adamı Mirzə Vəli bəyi Ağaməhəmməd xana girov verdi, lakin bir neçə ildən sonra Əbusəməd bəy öldürüldü və Ağaməhəmməd xan onun əvəzində başqasını tələb etdi. İbrahimxəlil xan isə bundan boyun qaçırdı və Mirzə Məhəmməd Qulunu Rusiyaya elçi göndərib, rus təbəəliyini qəbul etdiyini bildirdi və tezliklə kömək göndərilməsini xahiş etdi. Ağaməhəmməd xan bundan xəbər tutdu və tezliklə Qarabağa hücuma hazırlaşmağa başladı.

1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Araz çayını keçərək, Şuşa istiqamətində irəliləməyə başladılar. Şuşalılar Vaqifin başçılığı altında müdafiə olunmaq üçün hazırlıq gördülər. Ağır müqavimət nəticəsində, Ağa Məhəmməd şah öz saray şairinə tapşırır ki, İbrahimxəlil xana bir məktub yazsın. Məktub bu məzmunda olur: "Fələyin mancanağından bəla daşları yağır, sən isə əbləhcəsinə şüşə içərisində oturmusan?"

Bu hissədə Şuşa qalasının adı çəkilmişdi. Şuşa Azərbaycan dilində "şüşə" mənasını da verirdi. Bu beyt yazılmış kağızı oxa bərkidərək, qalaya atdılar. Qarabağ xanın vəziri buna cavab yazaraq, bu yolla Qacara çatdırdı. Cavabın məzmununda bu yazılmışdı: "Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar." Vaqifin beyti Ağa Məhəmməd şahın qəzəbinə səbəb oldu və o, top atəşlərini davam etdirmək əmrini verdi. Şuşanın 33 günlük mühasirəsi qalanın müdafiəçilərini sarsıtmır və şah məcbur olub, mühasirəni dayandıraraq, çar II İraklinin qoşunlarını darmadağın edib, Tiflisi talan etdi.