An-2 təyyarəsinin vurulması — 1991-ci il oktyabrın 29-da erməni silahlıları tərəfindən An-2 təyyarəsinin vurulması hadisəsi.

Haqqında 29 oktyabr 1991-ci il An-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxmış, Xocalı aeroportunda enmişdir. Əməkdaşlar ilə geriyə uçarkən təyyarə Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən Alazan raketi ilə vurulmuşdur.

Hadisə zamanı heyət üzvlərinin hamısı həlak olmuşdur. Həlak olanlardan 2-si təyyarəçi, 5 nəfər isə Xocalı aeroportunda çalışan heyət olub. Təyyarəçilərə ölümündən sonra, 25 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir."Azərbaycan Hava yolları" Dövlət Konserni əməkdaşlarına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli, 337 nömrəli Fərmanı

Həlak olanların siyahısı 200px|thumbnail|right|"An-2"-nin komandiri Əsədov Əsəd Soltan oğlu Əsədov Əsəd Soltan oğlu — təyyarənin komandiri, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra)Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010. Muradov Hikmət Oqtay oğlu — II pilot, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Baxşıyev Əhmədağa Mirzəağa oğlu — Yevlax aeroportu rabitə qovşağının mühəndisi Misirov Yuris Xanoğlan oğlu — Yevlax aeroportu uçuşların işıq texnikası təminatı mühəndisi Rəcəbov Hamlet Sabir oğlu — Xocalı aeroportu rəisinin müavini Bəşirov Ceyhun Bəşir oğlu — Xocalı aeroportunun aviasiya daşınmalarının təşkili və onlara xidmət üzrə agenti Sadıqov Azad Əli oğlu — Yevlax aeroportunun havada hərəkəti idarəetmə dispetçeri.

İstinadlar

Ədəbiyyat Ramiz Xasıoğlu, "Şəhidlər", Bakı, "Səda", 1993. "Gözlərimiz göydə qalıb", "Azərbaycan gəncləri" qəzeti, 1991, noyabr. Fəridə Ləman, "Təyyarələr də şəhid olur", 1991, dekabr.

Kateqoriya:29 oktyabrdakı hadisələr Kateqoriya:1991-ci ildəki münaqişələr Kateqoriya:1991-ci ildə Azərbaycan Kateqoriya:Birinci Qarabağ müharibəsi Kateqoriya:An-2 ilə bağlı qəzalar və insidentlər Kateqoriya:Azərbaycanda aviasiya hadisələri Kateqoriya:Xocalı rayonu Kateqoriya:Azərbaycan Hava Yollarının qəza və hadisələri